Məhkəmə qərarları › İş №3(021)-357/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-357/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-357/2021 30.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə xx xxxxx 1982-ci ildə Ağdam rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, Ağdam rayonu Əfətli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə Azərbaycan Respublikasının Nəqliyyat,Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Yevlax Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Nəqliyyat,Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Yevlax Regional Şöbəsindən daxil olmuş ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə rayonunda yoxlama reyd zamanı Mersedes Benz sprinter markalı 02 BV-382 dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim etməmiş və nəticədə Azərbaycan Respublikası İXMnin 552-ci maddəsində nəzərdən tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, özünə məxsus Mersedes Benz sprinter markalı 02 BV-382 dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəailiyyəti ilə məşğul olmuş, lazımı orqandan razılıq almadan taksi fəaliyyəti ilə məşğul olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 mart 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə belə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaq. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129 və 130-ъu maddələrini əldə rəhbər tutub QƏRAR VERDİM: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinib, 50 manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar