Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-359/2023 27.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 nümayəndəsi X12 və Azərbaycan Respublikası Ekologiya X18 Nazirliyinin 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirаkları ilə, Azərbaycan Respublikası Ekologiya X18 Nazirliyinin 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-ci il tarixli, MN № ******* saylı qərarından şikayətçi X6 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya X18 Nazirliyinin 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarı ilə X14 Azərbaycan Respublikası İXM-in 239-cü maddəsi ilə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X6 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya X18 Nazirliyinin 9 saylı X15 təbii sərvətlər idarəsinin xx.xx.2023-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, cavabdeh-Azərbaycan Respublikası Ekologiya X18 Nazirliyi 9 saylı X15 Təbii Sərvətlər İdarəsi rəisi X9 tərəfindən 17 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir ki, "Bərdə şəhəri H.Əliyev prospektindən yerləşən Bərdə Mehmanxana MMC-nin 2TG-hava, 2TG təhlükəli tullantıları və 2TG -suyun uçot və hesabatının aparılması barədə 9 saylı RE və TSİ-nə ona ünvanlanmış 2012-2022-ci il tarixli C-1314/1722-205 saylı məktuba cavab verilməməklə ətraf mühitin təsiri uçotunun hesabatı aparılmamış" və bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə fiziki şəxs qismində 2.500 (iki min beş yüz) manat cərimə edilmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, hazırki iş üzrə cavabdeh- Azərbaycan Respublikası Ekologiya X18 Nazirliyi 9 saylı X15 Təbii Sərvətlər İdarəsi rəisi X9 tərəfindən 17 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında tərtib edilmiş qərarı etibarsız, şöbənin vəzifəli şəxslərinin qanunsuz qərar qəbul etməklə 2.500 manat cərimə edilməyi, bununla da hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırki iş üzrə cavabdeh təşkilat tərəfindən onlara hər hansı bir xəbərdarlıq məktubu və ya bildiriş daxil olmamışdır. Bundan başqa, onların müəssisə tərəfindən təbiətə hər-hansı tullantılar atılmır. Hesabatı hansı orqana və hansı qaydada verilməlidir, bu barədə də hərhansı məlumat verilməmişdir. Protokolu və qərarı tərtib etmiş əməkdaşlar da məsələyə qeyri-obyektiv və birtərəfli yanaşaraq, bu sənədlər əsasında da hazırda mübahisələndirdiyi inzibati xəta üzrə qərar qəbul olunmuşdur. Qeyd lunanlara əsasən şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 direktoru olduğu "xxxx" MMC-nin nümayəndəsi X12 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək Azərbaycan Respublikası Ekologiya X18 Nazirliyinin 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən barəsində qəbul edilmiş MN № ******* saylı, xx.xx.2023-cü tarixli qərar ədalətsiz, qərəzli və qeyri obyektiv olduğu üçün məhkəmədən onun icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya X18 Nazirliyinin 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 göstərdi ki, X6"Bərdə şəhəri H.Əliyev prospektindən yerləşən Bərdə Mehmanxana MMC-nin 2TG-hava, 2TG təhlükəli tullantıları və 2TG -suyun uçot və hesabatının aparılması barədə 9 saylı RE və TSİ-nə ona ünvanlanmış 2012-2022-ci il tarixli C-1314/1722-205 saylı məktuba cavab verilməməklə ətraf mühitin təsiri uçotunun hesabatı aparılmamış" və bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə vəzifəli şəxs qismində 2.500 (iki min beş yüz) manat cərimə edilmişdir. Hesab edir ki, X4 şikayəti əsassızdır və qərar ləğv edilməməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Ekologiya X18 Nazirliyinin 9 saylı X15 təbii sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya X18 Nazirliyinin 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında MN № ******* saylı, xx.xx.2021-ci tarixli protokolun surətindən görünür ki, X1 Mehmanxana MMC-nin Ətraf Mühitə təsirin monitorinqinin, 2TG-hava, 2TG təhlükəli tullantıların və 2TG-suyun uçot və hesabatının aparılması barədə 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin ona ünvanlanmış xx.xx.2022-ci il tarixli G-BM/4822-205 saylı məktub verilsə də hazırki vaxta kimi uçot və hesabatı idarəyə təqdim etmədiyi üçün İXM-nin 239-cu maddəsi ilə barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikasi Ekologiya X18 Nazirliyinin 9 X8 X18 İdarəsinin rəisi X7 inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2023-cü tarixli qərarın surətindən görünür ki, X6 “Bərdə Mehmanxana MMC-nin Ətraf Mühitə təsirin monitorinqinin, 2TG-hava, 2TG təhlükəli tullantıların və 2TG-suyun uçot və hesabatının aparılması barədə 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin ona ünvanlanmış xx.xx.2022-ci il tarixli G-BM/4822-205 saylı məktuba cavab verilməməklə ətraf mühitin təsirinin uçotunun hesabatının aparılmamasına görə İXM-nin 239-cu maddəsi ilə 2500 manat məbləğində inzibati qaydada cərimə tənbehi edilmişdir. İş materialna əlavə edilmiş ödəniş tapşırığından müəyyən edilir ki, 300 manat 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin hesabına “Bərdə Mehmanxana MMC tərəfindən ödəniş edilmişdir. İXM-in 239-cu maddəsinə əsasən, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, X4 Bərdə Mehmanxana MMC-nin 2TG-hava, 2TG təhlükəli tullantıları və 2TG -suyun uçot və hesabatının aparılması barədə Azərbaycan Respublikasi Ekologiya X18 Nazirliyinin 9 X8 X18 İdarəsi tərəfindən məlumatlandırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. "Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası NK-nin 1 iyul 2004-cü il tarixli 90 saylı qərarında qeyd olunur ki, ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub, hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş poçt göndərilməsinin izləməsindən çıxarışdan Bərdə Mehmanxana MMC müvafiq məlumatın çatdırılması müəyyən olunmur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, X4 Bərdə Mehmanxana MMC-nin 2TG-hava, 2TG təhlükəli tullantıları və 2TG -suyun uçot və hesabatının aparılması barədə Azərbaycan Respublikasi Ekologiya X18 Nazirliyinin 9 X8 X18 İdarəsi tərəfindən məlumatlandırılması sübut olunmadığından barəsində inzibati məsuliyyətə cəlb oluna bilməz və onun barəsində başlanmış inzibati material üzrə icraata xitam verməlidir. Belə olan halda X6 oğlunun təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya X18 Nazirliyinin 9 saylı X15 Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2023-cü tarixli saylı qərarı ləğv edilməli, X4 barəsində İXM-in 239-cu mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya X18 Nazirliyinin 9 saylı X15 təbii sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2023-cü tarixli saylı qərarı ləğv edilsin. X4 barəsində İXM-in 272.3-cü mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-359/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-359/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver