Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-359/2024 01.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, böyük məsləhətçi X5 iclas katibliyi, icra məmuru X3, zərərçəkmiş şəxs Şəxs nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bərdə rayon Gərənə kəndində anadan olmuş, Bərdə rayon Türkmən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 01 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 17 may 2019-cu il tarixli 2(104)1758/2019 saylı icra sənədinə əsasən Şəxs 20000 manat alınaraq X2 ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra hərəkətləri edilmişdir. Borcluya borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu heç bir üzürlü səbəb olmadan icra sənədini tam icra etmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Hazırda 15893,5 manat borcu vardır. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Şəxs olan borcunu tam ödəmişdir. Hazırda heç bir borcu yoxdur. Məhkəmə iclаsındа zərərçəkmiş şəxs Şəxs nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 17 may 2019-cu il tarixli 2(104)1758/2019 saylı icra sənədi üzrə tələbi tam təmin edildiyi üçün Şəxs heç bir şikayət və tələbi qalmamışır.Şəxs barəsində tərtib olunmuş inzibati protokola xitam verilməsini xahiş etdi. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 17 may 2019-cu il tarixli 2(104)1758/2019 saylı icra vərəqəsindən görünür ki, Şəxs 20000 manat alınaraq X2 ödənilməlidir. Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 01 parel 2024-cü il tarixli MN № ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. Hzırda 15893,5 manat borcu vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, zərərçəkmiş şəxs Şəxs nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 17 may 2019-cu il tarixli 2(104)1758/2019 saylı icra sənədi üzrə tələbi tam təmin edildiyi üçün Şəxs heç bir şikayət və tələbi qalmamışır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyən, inzibati materiala əlavə olunmuş sənədləri araşdıran və qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qabil Əbilov
Məhkəmə qərarları › İş №3(021)-359/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-359/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver