Məhkəmə qərarları › İş №3(021)-36/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-36/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-36/2024 18.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1993-cü ildə Bərdə rayonu Mirzəcəfərli kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Mirzəcəfərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı kənd ərazisində yerləşən futbol meydançasına futbol oynamaq üçün getmiş, çatarkən meydançada yaşca kiçik kənd uşaqlarının fudbol oynadıqlarını görmüşdür. X1 topu götürüb aparmaq istəmiş, buna görə aralarında mübahisə olmuş, sonuncu onun ünvanına nalayiq sözlər işlətmişdir. X2 sifətinə bir dəfə sillə vurmuşdur. Sonuncu meydançanı tərk edərək getmişdir. Bir neçə dəqiqə sonra Ziyafəddin Əliyevin əlində “yaba”, atası Əfqanın isə əlində “ketman” ona tərəf gəldiklərini görmüşdür. Ziyafəddin Əliyev ona çataraq onu itələmiş, itələyərkən “yaba” əlindən düşmüşdür. Sonuncu başına, sifət nahiyəsinə və bədəninə yumruqla zərbələr vurmuşdur. Zərərçəkmiş şəxs isə əlində olan “ketman”la kürəyindən vurmuşdur. Orada olan həmkəndliləri onları sakitləşdirmişdir. O, Zərərçəkmiş şəxs vurmamışdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X8 göstərdi ki, Bərdə RPŞ-nin təhqiqat bölməsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 dekabr 2023-cü il tarixli qərarı Zərərçəkmiş şəxs və Şəxs əməllərində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barələrində həmin maddə ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanması üçün Bərdə RPŞ-nin X3 göndərilmiş, qeyd olunan qərar əsasında inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Ziyafəddin Əliyev onun oğludur. Oğlu yaşadıqları kənddə yerləşən futbol meydançasında futbol oynayarkən Şəxs gəlmiş, topu oğlu Ziyafəddinin əlindən alaraq özlərinin futbol oynayacaqlarını bildirmişdir. Oğlu Ziyafəddin oynamaq istədiklərini bildirdikdən Şəxs oğlunu vuraraq çıxıb getməsini bildirmişdir. Şəxs futbol oynayıb qurtardıqdan sonra yenidən oğlunu döymüşdür. Oğlu evə gələndə görmüşdür ki, oğlunun gözünün altı qançırdır. Məsələni aydınlaşdırmaq üçün oğlunu da götürüb futbol meydançasına getmiş, yolda Şəxs və qardaşı ilə qarşılaşmışdır. Şəxs onları görən kimi əyilib yerdən daş götürmüşdür. Sonuncu daşı onlara tərəf atsa da, daş onlara dəyməmişdir. Musafa Cəfərov onu vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Sonuncu oğlu Ziyafəddini döyərək xəsarət yetirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İnzibati xəta haqqında protokoldan görünür ki, protokol Azərbaycan Respublikasının İXM-nin 100.1.4, 100.1.6, 100.3-cü maddələrinin tələbləri pozulmaqla tərtib edilmiş, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt və yer, zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və zərərçəkmiş şəxsə inzibati xəta haqqında protokolun surətinin verilməsi barədə sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin: 100.1-ci maddəsinə görə, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı. 100.3-cü maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Bundan başqa inzibati xəta haqqında protokola əlavə edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 10 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, qərarın surətinin Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Bərdə RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İXM-nin 101.2-ci maddəsinə görə, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Göründüyü kimi, Şəxs barəsində “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar 10 dekabr 2023-cü il tarixdə qəbul edilsə də, Bərdə RPŞ-nin İTB-də heç bir inzibati araşdırma aparılmadığı halda inzibati xəta haqqında protokol İXM-nin 101.2-ci maddəsinin tələbləri pozulmaqla 39 gün sonra, yəni 18 yanvar 2024-cü il tarixdə tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında material Bərdə Rayon Polis Şöbəsi tərəfindən kobud pozuntularla tərtib edilmişdir, ona görə də həmin material İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə geri qaytarılmalıdır. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda Zərərçəkmiş şəxs qismində qeyd edilsə də, məhkəmə iclasında Zərərçəkmiş şəxs döyülmədiyini, ona heç bir xəsarət yetirilmədiyini, oğlu X7 Cəfərov tərəfindən döyüldüyünü qeyd etmişdir. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 10 dekabr 2023-cü il tarixli qərardan da görünür ki, X6 tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində sağ gözaltı nahiyənin qançırı, sol dirsək oynağının arxa səthinin sıyrığı xəsarətləri aşkar edilmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs Ziyafədin oğlu isə ümumiyyətlə ekspertizadan keçirilməmiş, onun Şəxs tərəfindən döyülməsi və xəsarət alması barədə inzibati xəta haqqında protokola heç bir sübut əlavə edilməmişdir. Ona görə də 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs Zərərçəkmiş şəxs Ziyafədin oğluna dərəcəsi təyin edilməyən xəsarət yetirməsi barədə qeydin əsasında hansı sübutun durması məhkəmə üçün anlaşılan deyildir. İXM-nin 62-ci maddəsinə görə, inzibati xəta nəticəsində fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. Baxılan inzibati xəta materialında zərər çəkmiş şəxs qismində tanıma haqqında qərar qəbul edilməmişdir. İXM-nin 109.1 və 109.1.6-cı maddəsinə görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, inzibati xəta haqqında tərtib olunmuş protokol natamam olduğundan və bu natamamlığı tamamlamaq mümkün olmadığından protokol və əlavə olunmuş materiallar Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutub, Qərarverdim: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə olunmuş materiallar Bərdə Rayon Polis Şöbəsinə qaytarılsın. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar