Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-360/2022 17.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X13 oğlunun iclas katibliyi, Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Səyyad oğlunun iştirakları ilə, xx.xx.1992-ci ildə Bərdə rayon Hacallı kəndində anadan olmuş, Bərdə rayon Hacallı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Səyyad oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, Müəyyən etdi: Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs Səyyad oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair 17.02.2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Səyyad oğlu 16.02.2022-ci il tarixdə Bərdə rayon 866 saylı qəsəbədə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X9 izahatında bildirdi ki, Şəxs Səyyad oğlu 16.02.2022-ci il tarixdə Bərdə rayon 866 saylı qəsəbədə polis əməkdaşı X4 müqavimət götərərək qanuni tələbinə qəsdən tabe olmamış və müqavimət göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Səyyad oğlu izahatında bildirdi ki, əmisi oğlanları X11 oğlu və X7 ilə ət almağa gedərkən Sərxan Həsənov polis əməkdaşı X5 görüb avtomobili saxlamış və Amil Verdiyevdən nəyə görə şadlıq evində toy etmələri barədə polis şəbəsinə məlumat verməsini soruşmuş, o isə cavabında vəzifəsi olduğunu bildirmişdir. Bu zaman onlar arasında mübahisə yaranmış və əmisi oğlanları polis əməkdaşı X5 yumruqla sinəsinə vurmuşdurlar. O, X4 müqavimət göstərməmiş, əksinə onları ayrmağa çalışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, qəsəbədə xidmət apararkən X11 oğlu avtomobili onun yanında saxlayaraq avtomobildən düşüb bir neçə gün əvvəl şadlıq evində toy etməsi barədə polis şöbəsinə məlumat verməsinin səbəbini soruşmuş, o isə cavabında ona vəzifəsini icra etdiyini bildirmişdir. Bundan sonra X11 oğlu və X7 onu söyüb təhqir etmiş və müqavimət göstərmişdirlər. Şəxs Səyyad oğlu isə onları ayrımağa çalışmışdır. Həmçinin ərizə təqdim edərk bildirdi ki, Şəxs Səyyad oğlu ona qarşı heç bir xuliqanlıq hərəkəti etməmişdir, ondan şikayət və təkəbi yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Səyyad oğlunun əməlində inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilməlidir. Belə ki, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Səyyad oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Səyyad oğlunun əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Səyyad oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-360/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-360/2022
17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver