Məhkəmə qərarları › İş №3(021)-360/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-360/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-360/2023 08.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə RPŞ-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirаkları ilə, xx.xx.1999-cU il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci mаddələri ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, M ü ə y y ə n e t d i: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 08 fevral 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri Babək küçəsində uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X4 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri Babək küçəsində Bərdə RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Vadim Səfərov və Ruslan Əmrahov xidmətdə olan zaman bir nəfər şəxsin aqressiv halda və narazı formada əsəbi halda uca səslə nalayiq ifadələr işlədərək hərəkət etdiyini görmüşlər. Onlar həmin şəxsə yaxılaşıb özlərini təqdim edib və həmin şəxsi nizam-intizama dəvət edərək, öz qanunsuz əməllərinə son qoymasını və nizam intizamlı olmasını bildirmişlər. Həmin şəxs onlara qarşı nalayiq küçə ifadələri işlədərək "bütün polislər eynidi və hamınız bir birinizin üstünüzdən gəlirsiz" deyərək narazı formada onlara hədə qorxu gəlməyə başlamışdır. Onlar həmin şəxsi nizam- intizama dəvət edərək sakitləşdirməyə çalışmışlar. Lakin həmin şəxs öz qanunsuz əməllərini davam etdirərək polisin qanuni tələblərini pozaraq təkrar uca səslə onların və polisin ünvanına qərəzli şəkildə nalayiq ifadələr işlədərək ətrafdakı kütlənin diqqətini özünə cəlb etməyə başlamış və ictimai asayişi pozmuşdur. Onlar həmin şəxsə İXM-nin 510- cu maddəsinin tələblərini pozduğu üçün onun barəsində protokol tərtib ediləcəyini bildirərək RPŞ-nə dəvət etmişlər, həmin şəxs onlara qarşı əl-qol hərəkətləri edərək, nalayiq küçə ifadələri işlədərək həmin yerdən qaçaraq uzaqlaşmaq istəmişdir. Həmin şəxsi saxlayaraq RPŞ-nə gətirmişlər. Araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Buna görə də Şəxs barəsində potokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nə gəlmişdir və oradan əsəbi halda çıxıb küçədə əsəbi halda hərəkət edərkən kəmin vaxt özünü bilmədən uca səslə nalayiq ifadələr işlətdiyini polis əməkdaşları görüb ona yaxınlaşıb özlərini təqdim edib onu sakitləşdirməyə çalışmışlar. Onların arasında polis əməkdaşları ilə mübahisə yaranmış və onlar onu polis şöbəsinə gətirmişlər. Etdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində 2 azyaşlı uşağının olmasının nəzərə alınaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Bərdə RPŞ- nin İTB-nin sahə polis nəfəri nəfəri X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri Babək küçəsində Bərdə RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Ruslan Əmrahov ilə xidmətdə olan zaman bir nəfər şəxsin aqressiv halda və narazı formada əsəbi halda uca səslə nalayiq ifadələr işlədərək hərəkət etdiyini görmüşlər. Onlar həmin şəxsə yaxılaşıb özlərini təqdim edib və həmin şəxsi nizam-intizama dəvət edərək, öz qanunsuz əməllərinə son qoymasını və nizam intizamlı olmasını bildirmişlər. Həmin şəxs onlara qarşı nalayiq küçə ifadələri işlədərək "bütün polislər eynidi və hamınız bir birinizin üstünüzdən gəlirsiz" deyərək narazı formada onlara hədə qorxu gəlməyə başlamışdır. Onlar həmin şəxsi nizam- intizama dəvət edərək sakitləşdirməyə çalışmışlar. Lakin həmin şəxs öz qanunsuz əməllərini davam etdirərək polisin qanuni tələblərini pozaraq təkrar uca səslə onların və polisin ünvanına qərəzli şəkildə nalayiq ifadələr işlədərək ətrafdakı kütlənin diqqətini özünə cəlb etməyə başlamış və ictimai asayişi pozmuşdur. Onlar həmin şəxsə İXM-nin 510- cu maddəsinin tələblərini pozduğu üçün onun barəsində protokol tərtib ediləcəyini bildirərək RPŞ-nə dəvət etmişlər, həmin şəxs onlara qarşı əl-qol hərəkətləri edərək, nalayiq küçə ifadələri işlədərək həmin yerdən qaçaraq uzaqlaşmaq istəmişdir. Həmin şəxsi saxlayaraq RPŞ-nə gətirmişlər. RPŞ-də müəyyən oldu ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Bərdə RPŞ- nin İTB-nin sahə polis nəfəri nəfəri X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri Babək küçəsində Bərdə RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Vadim Səfərov ilə xidmətdə olan zaman bir nəfər şəxsin aqressiv halda və narazı formada əsəbi halda uca səslə nalayiq ifadələr işlədərək hərəkət etdiyini görmüşlər. Onlar həmin şəxsə yaxılaşıb özlərini təqdim edib və həmin şəxsi nizam-intizama dəvət edərək, öz qanunsuz əməllərinə son qoymasını və nizam intizamlı olmasını bildirmişlər. Həmin şəxs onlara qarşı nalayiq küçə ifadələri işlədərək "bütün polislər eynidi və hamınız bir birinizin üstünüzdən gəlirsiz" deyərək narazı formada onlara hədə qorxu gəlməyə başlamışdır. Onlar həmin şəxsi nizam- intizama dəvət edərək sakitləşdirməyə çalışmışlar. Lakin həmin şəxs öz qanunsuz əməllərini davam etdirərək polisin qanuni tələblərini pozaraq təkrar uca səslə onların və polisin ünvanına qərəzli şəkildə nalayiq ifadələr işlədərək ətrafdakı kütlənin diqqətini özünə cəlb etməyə başlamış və ictimai asayişi pozmuşdur. Onlar həmin şəxsə İXM-nin 510- cu maddəsinin tələblərini pozduğu üçün onun barəsində protokol tərtib ediləcəyini bildirərək RPŞ-nə dəvət etmişlər, həmin şəxs onlara qarşı əl-qol hərəkətləri edərək, nalayiq küçə ifadələri işlədərək həmin yerdən qaçaraq uzaqlaşmaq istəmişdir. Həmin şəxsi saxlayaraq RPŞ-nə gətirmişlər. RPŞ-də müəyyən oldu ki, həmin şəxs Şəxsdur. İşdə olan xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri Babək küçəsində uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, № 593 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il trixdə saat 18:39-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı və iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə səxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 07 fevral 2023-cü il tаrixdən, saat 18:39–dan hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 112,114, 115, 117 128-130-cu maddələrini rəhbər tutub Q ə r a r a a l d ı: Şəxs İXM-in 510 və 535.1-ci mаddələri ilə təqsirli bilinərək bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. Həbsetmənin əvvəli 07 fevral 2023-cü il tarixdən, saat 18:39-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti elan edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar