Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-361/2022 17.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X14 oğlunun iclas katibliyi, Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X4, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə, Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri Nizami rayonu Cavadbəy Rəfibəli küçəsi ev 41 ünvanında qeydiyyatda olmaqla Bərdə rayon Hacallı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis şöbəsində 17 fevral 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 16.02.2022-ci il tarixdə Bərdə rayon 866 saylı qəsəbədə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X9 izahatında bildirdi ki, Şəxs 16.02.2022-ci il tarixdə Bərdə rayon 866 saylı qəsəbədə polis əməkdaşı X5 müqavimət götərərək qanuni tələbinə qəsdən tabe olmamış və müqavimət göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında bildirdi ki, əmisi oğlanları X7 və Əlizadə Fuad Səyyad oğlu ilə ət almağa gedərkən polis əməkdaşı X6 görüb avtomobili saxlamış və Amil Verdiyevdən nəyə görə şadlıq evində toy etmələri barədə polis şəbəsinə məlumat verməsini soruşmuş, o isə cavabında vəzifəsi olduğunu bildirmişdir. Bu zaman aralarında mübhisə yaranmış və polis əməkdaşı X6 yumruqla sinəsinə vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bilirdi ki, qəsəbədə xidmət apararkən Şəxs oğlu avtomobili onun yanında saxlayaraq avtomobildən düşüb bir neçə gün əvvəl şadlıq evində toy etməsi barədə polis şöbəsinə məlumat verməsinin səbəbini soruşmuş, o isə cavabında ona vəzifəsini icra etdiyini bildirmişdir. Bundan sonra Şəxs oğlu və X7 onu söyüb təhqir etmiş və müqavimət göstərmişdirlər. Əlizadə Fuad Səyyad oğlu isə onları ayrımağa çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında zərərçəkmiş şəxs X8 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiqlədi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon Polis X1 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə rayon Polis şöbəsinin sahə rəisi, X9 tərəfindən tərtib edilmiş MN №1328316 nömrəli protokolda göstərilmişdir ki, Şəxs 16.02.2022-ci il tarixdə Bərdə rayon 866 saylı qəsəbədə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi 2891 saylı 16.02.2022-ci il tarixli Aktdan görünür ki, X9 hadisə vaxtı orta dərəcəli sərxoş olmuşdur. İnzibati qaydada tutma haqqında ******* saylı 16.02.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş törətdiyi inzibati xətaya vaxtında hüquqi qiymət verilməsi məqsədi ilə 16.02.2022-ci il tarixdə saat 18:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, polis əməkdaşnın izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı və iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Məhkəmə hesab edir ki, Şəxs oğluna inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində 25 (iyirmi beş) gün inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 112,114, 115, 117 128-130-cu maddələrini rəhbər tutub Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 16 fevral 2022-ci il tarixdən, saat 18:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti elan edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-361/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-361/2022
17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver