Məhkəmə qərarları › İş №3(021)-362/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-362/2022

17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-362/2022 17.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, iki azyaşlı uşağı var, fərdi əməklə məşğul olan, subay, Bərdə rayonu, Hacallı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 fevral 2022-ci il tarixdə Bərdə rayonu 866 saylı qəsəbədə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X6 izahatında göstərdi ki, Şəxs oğlnun əvəllər də polis əməkdaşları ilə problemi olub, ona görə də əməkdaşları görəndə mübahisə yaranıb 16 fevral 2022-ci il tarixdə post patrul xidmətinin polis nəfəri ona məruzə etdi ki, Şəxs və onun qohumları Fuad və Sərxan adlı şəxslər həmin binanın qarşısında Şevrolet markalı 42 137 nömrəli maşınla yüksək sürətlə qəlib polis əməkdaşlarının yanında dayanıb onlara nalaiq ifadələr işlədiblər. Sərxan kimi bildiyi şəxs onlara nalayiq ifadələr işlədib bildirdilər ki, onlar nəyə görə onların Şadlıq evinin qanunsuz toy məlumatların verərək onlara problem yaradıblar. Təkrar nalayiq ifadə ilə söydü. Bunun ardınca Təbriz nalayiq ifadələrlə polis əməkdaşlarının üstünə gəldi. Polis əməkdaşları onları nizam-intizama dəvət ediblər. Bundan sonra Təbriz nalayiq ifadələrlə polis əməkdaşlarının üstünə gedib, nalayiq sözlər işlədiblər, polis işçiləri onun nizam intizama dəvət etsələr də, polis əməkdaşlarının sözlərinə məhəl qoymayaraq təkrarən nalayiq ifadələr işlədiblər. Təbriz və Sərxan polis əməkdaşlarının üstünə hücum ediblər, əl qol atıblar. Polis əməkdaşı onlara təkrar nizam intizama dəvət etsə də onlar polis əməkdaşını təkrar təhqir ediblər.Polis nəfəri ona məlumat verəndə digər iki nəfər qacıblar. Səhv edib, əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı uşağı var. Söz verir ki, bir daha ictimai qaydanı pozmayacaq. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsin xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki,xidmətdə olan zaman Şəxs Fuad və Sərxan adlı şəxslər ona yaxınlaşıb vətandaşların yanında ona nalayiq ifadələrlə qərəzli şəkildə ona nəyə görə onların Şadlıq evinin qanunsuz toy məlumatların verərək onlara problem yaratmışam. O isə izah edb ki, xidmət edən zaman pozuntu varsa o, rəhbərliyə məruzə etməlidir. Lakin bunlar başa düşməyib,onunla mübahisə etdilər. Dəfələrlə təhqir ediblər.Sərxanla Təbriz isə vurublar. Fuad aralarında qaldı. Fuad onları maçına oturdub qaçırtdı.İkisidə içkili idi. Məhkəmədən qanuna müvafiq tətbir qörülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 16 fevral 2022-ci il tarixdə Bərdə rayonu 866 saylı qəsəbədə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Səhv edib, əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı uşağı var. Söz verir ki, bir daha ictimai qaydanı pozmayacaq. Məhkəmədən barəsində qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi X4 göstərdi ki, Şəxs polis əməkdaşlarını təhqir etmədiyi üçün və onlara müqavimət göstərmədiyinə görə, habelə əməlindən peşman olduğunu nəzərə alaraq məhkəmədən Şəxs barəsində həbsnən bağlı olmayan cərimə təyin etməyi xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Mə-cəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 17 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki Şəxs 16 fevral 2022-ci il tarixdə Bərdə rayonu 866 saylı qəsəbədə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi oldu-ğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində Azərbaycan Respu-blikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə həbs tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs törətmiş olduğu əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən Şəxs inzibati xətanın sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. İş materiallarında sərxoşluq vəziyyətinin tibbi müayinəsi 16 fevral 2022-ci il tarixli 2889 saylı aktından görünür ki, Şəxs orta dərəcədə sərxoş idi. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyə-ləndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 16 fevral 2022-ci il tarixdən saat 18:50-dən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar