Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-362/2023 07.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam X12 Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X15 İdarəsindən daxil olmuş MN ******* saylı 08 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 08 fevral 2023-cü il tarixdə Bərdə şəhəri Bakı küçəsində yerləşən “Nəsiboğulları” mebel mağazasının fasadında müvafiq icazə alınmadan icazəsiz reklam yayımı həyata keçirmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X15 İdarəsinin etibarnamə üzə nümayəndəsi X5 göstərmişdir ki, Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin 20 iyun 2017-ci il tаriхli 1472 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə X15 İdarəsinin əməkdaşları Bərdə rayonunda növbəti xidməti reyddə olan zaman, Bərdə şəhəri, Bakı küçəsində yerləşən və X7 məxsus olan “Nəsiboğulları” mebel mağazasının qarşısında açıq məkanda 15.27 m2 həcmdə icazəsiz reklam qurğusunun yerləşdirilməsi faktını aşkar etmişlər. Əməkdaşlar reklam qurğusunun yayımlanmasına görə icazə sənədinin alınmasının zəruriliyini obyekt rəhbərliyinin nəzər diqqətinə çatdırsalar da, sonuncu tərəfindən qanunun tələbinə məhəl qoyulmamış, müvafiq sənədin alınmasından imtina edilmişdir. X7 mövcud qanun pozuntusunu aradan qaldırmaq üçün qanunla müəyyən edilmiş müddət müəyyən edilmişdir. Həmin müddət başa çatdıqdan sonra əməkdaşlarımız təkrar olaraq X7 məxsus olan “Nəsiboğulları” mebel mağazasına yaxınlaşmış, sonuncunun Qanunun tələbinə məhəl qoymadığını – yəni, qanunnsuz reklam yayımını davam etdirməsi faktını aşkar etmişlər. Buna görə də 08 fevral 2023-cü il tarixdə X8 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək həmin protokol baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Аzərbаycаn Rеspublikаsı İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. X2 şəhəri, Bakı küçəsində yerləşən “Nəsiboğulları” mebel mağazasının qarşısında açıq məkanda 15.27 m2 həcmdə icazəsiz reklam qurğularını vurarkən X15 İdarəsindən icazə almalı olduğu halda, bunu etməmiş, əməkdaşlarımız reklam qurğusunun yayımlanmasına görə icazə sənədinin alınmasının zəruriliyini çatdırsalar da, o, qanunun tələbinə qəsdən tabe olmamış, müvafiq sənədin alınmasından imtina etmişdir. Sadalanan xüsusatların məcmusuna diqqət yetirdikdə məlum olur ki, X8 öz əməlinin hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmiş, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Beləliklə, X6 hüquqazidd əməli 08 fevral 2023-cü il tarixdə - inzibati xəta haqqında protokol tərtib edildiyi gün başa çatmışdır. Аzərbаycаn Rеspublikаsı İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “QEYD” hissəsinin sonunda qeyd edilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Konkret halda, X8 40 00 02 27 62 nömrəli VÖEN kodu ilə müvafiq qeydiyyatdan keçərək, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, belə səlahiyyətləri yerinə yetirdiyinə görə - vəzifəli şəxs hesab edilir. “Reklam haqqında” Azərbaycan Respublikasinin Qanununun 2.0.1-ci maddəsində qeyd edilmişdir ki, reklam – reklam istehlakçısının (hamınızın bildiyi kimi, istehlakçı dedikdə, iqtisadi əmtəə və xidmətləri satın alaraq istifadə edən şəxs nəzərdə tutulur – konkret halda bu alıcıdır) diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Qanunun bu normasını konkret işə tətbiq etdikdə, müəyyən olunur ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən və X7 məxsus olan mağazanın qarşısında “Nəsiboğulları” mebel sözlərinin yazılması oradan keçən istehlakçının diqqətini reklam obyektinə cəlb edir, onda marağ formalaşdırır və həmin marağı saxlayır. Belə ki, istənilən şəxs “Nəsiboğulları” mebel sözünün (burada “Nəsiboğulları” adının olması önəmli deyil, başqa adlar da ola bilər) əks olunduğu hər hansısa bir obyektin qarşısından keçərkən, istər-istəməz həmin şəxsin şuur altında – “burada mebel satılır” kimi bir fikir fomalaşır və həmin fikir onun şuuruna bilavasitə təsir etməklə, gələcəkdə və ya indiki zamanda şəxsin mebelə zərurəti yaranacağı təqdirdə, həmin zərurətdən doğan ehtiyacın “Nəsiboğulları” mebel mağazasında da ödənə biləcəyi qənaəti yaradır. “Reklam haqqında” Azərbaycan Respublikasinin Qanununun 26.8-ci maddəsinə əsasən, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), reklam hesab edilmir. Cari məsələyə “Reklam haqqında” Azərbaycan Respublikasinin Qanununun 26.8-ci maddəsinin prizmasından baxdıqda görürük ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən və X7 məxsus olan “Nəsiboğulları” mebel mağazasının qarşısında açıq məkanda 15.27 m2 həcmdə icazəsiz reklam qurğusunun yerləşdirilməsi faktı aşkar edilmişdir. Burada “Nəsiboğulları” sözü hər nə qədər ad, “mebel” sözü isə hər nə qədər fəaliyyət növünü bildirsə də, həmin söz birləşməsini özündə ehtiva edən lövhənin ümumi ölçüsü 1 kvadratmetrdən çoxdur ki, bu da öz növbəsində Azərbaycan Respublikasinin Qanununun 26.8-ci maddəsinin tələbinə əsasən, reklam hesab edilir. Odur ki, məhkəmədən işə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs - X6 barəsində başa çatmış inzibati əmələ hüquqi qiymətin verilməsi məqsədi ilə Аzərbаycаn Rеspublikаsı İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiya hissəsində nəzərdə tutulmuş müvafiq inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X15 İdarəsinin nümayəndəsinin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi 08 fevral 2023-cü il tarixli MN ******* nömrəli protokolla və ona əlavə edilmiş sənədlərlə sübuta yetirilir. Belə ki, Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Azərbaycan Respublikası “Reklam haqqında” qanunun 26.2-ci maddəsinə əasasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Azərbaycan Respublikası “Reklam haqqında” qanunun 26.8-ci maddəsinə əasasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X12 Reklam İdarəsi tərəfindən tərtib edilmiş 08 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən və X7 məxsus olan “Nəsiboğulları” mebel mağazasının qarşısında açıq məkanda reklam qurğusu 15.27 m2-dir. Bundan başqa X8 40 00 02 27 62 nömrəli VÖEN kodu ilə müvafiq qeydiyyatdan keçərək, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, belə səlahiyyətləri yerinə yetirdiyinə görə - vəzifəli şəxs hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan X4 şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARALDİ İnzibati xəta törətmiş X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-362/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-362/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver