Məhkəmə qərarları › İş №3(021)-364/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-364/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-364/2023 10.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X8 Yol polisi bölməsinin Yol Patrul Xidməti inspektoru X2, Barəsində inzibati icraat aparılan X4 iştirakları ilə, 01 dekabr 1976-cı il tarixdə Beyləqan şəhərində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Beyləqan şəhəri Ramiz Abbasov küçəsi ev 8-də yaşayan barəsində inzibati icraat X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon X8 Yol polisi bölməsinin Yol Patrul Xidmətinin 05 fevral 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə 05 fevral 2023-cü il tarixində saat 18:26 radələrində Bərdə şəhəri P.Əlizadə küçəsində “X12 Minik” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “giriş qadağandır” yol nişanının tələbinin pozulmasında təqsirli bilinərək barəsində 03 cərimə balı və 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X6 oğlu məhkəməyə şikayət verərək Bərdə rayon X8 Yol polisi bölməsinin Yol Patrul Xidmətinin 05 fevral 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X7 izahat verərək bildirmişdir ki, qərarla razılaşmır, “giriş qadağandır” nişanının tələblərə uyğun olaraq quraşdırılmadığını və həmin yola dönərkən qadağanedici nişanın görünmədiyini əsas gətirək barəsində tərtib edilmiş 05 fevral 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Bərdə rayon X8 Yol polisi bölməsinin Yol Patrul Xidməti inspektoru X3 izahat verərək bildirmişdir ki, protokol İnzibati Xətalar Məcəlləsinin normalarına uyğun tərtib edilmişdir. Yol nişanlarının tələblərə uyğun quraşdırılması Bərdə rayon X8 Yol polisi bölməsinin Yol Patrul Xidmətinin səlahiyyətinə aid deyildir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Bərdə rayon X8 Yol polisi bölməsinin Yol Patrul Xidmətinin 05 fevral 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 cərimə balı və 60 (altmış) manat inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməli, Bərdə rayon X8 Yol polisi bölməsinin Yol Patrul Xidmətinin 05 fevral 2023-cü il tarixli TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, Bərdə rayon X8 Yol polisi bölməsinin Yol Patrul Xidmətinin 05 fevral 2023-cü il tarixli TP ******* saylı qərarından görünür ki, inzibati tənbeh etmə haqqında protokol düzgün tərtib edilməmiş, “giriş qadağandır” nişanı qanunvericiliyin tələblərə uyğun olaraq quraşdırılmamış və həmin yol nişanının sürücülər tərəfindən rahat görülməsi üçün Bərdə rayon X8 Yol polisi bölməsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bərdə rayon X8 Yol polisi bölməsinin Yol Patrul Xidmətinin 05 fevral 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 cərimə balı və 60 (altmış) manat inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, Bərdə rayon X8 Yol polisi bölməsinin Yol Patrul Xidmətinin 05 fevral 2023-cü il tarixli TP ******* saylı qərarından görünür ki, inzibati tənbeh etmə haqqında protokol düzgün tərtib edilməmiş, “giriş qadağandır” nişanı qanunvericiliyin tələblərə uyğun olaraq quraşdırılmamış və həmin yol nişanının sürücülər tərəfindən rahat görülməsi üçün Bərdə rayon X8 Yol polisi bölməsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən heç bir tədbir görülməmişdir. Belə olduğu halda inzibati xətalar qanunvericiliyinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, Bərdə rayon X8 Yol polisi bölməsinin Yol Patrul Xidmətinin 05 fevral 2023-cü il tarixli TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın ləğv edilərək, şikayətin və ya protestin isə təmin edilməsi haqqında olan qərardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARALDİ Şikayət təmin edilsin. Bərdə rayon X8 Yol polisi bölməsinin Yol Patrul Xidmətinin 05 fevral 2023-cü il tarixli TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar