Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-365/2023 11.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 Barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Ağdam rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, Sənaye küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 fevral 2023-cü il tarixdə Bərdə şəhəri, Sənaye küçəsində uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 izahatında göstərdi ki, 10 fevral 2023-cü il Bərdə şəhəri, H.Əliyev prospektində xidmətdə olan zaman “Lexsus” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomaşın işıq sistemindən düzgün istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanıldı. Sürücüyə yaxınlaşaraq özlərini təqdim edərək qayda pozuntusu barədə məlumat verilmişdir. Lakin sürücü yüksək səslə səs-küy salaraq və əl-qol hərəkətləri ilə danışaraq inspektorun sinəsindən itələmişdir. Sürücü dəfələrlə nizam-intizama dəvət edilsədə o polisin qanuni tələbinə tabe olmamışdır. Barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 10 fevral 2023-cü il tarixdə Bərdə şəhəri, Sənaye küçəsinə dönən zaman Yol Polis Xidməti Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona yaxınlaşaraq içkili olub-olmamasını soruşmuşlar. O isə cavabında içkili olmadığını bildirmişdir. Bundan sonra o avomobildən düşərək Yol Polis Xidməti Bölməsinin avtomobilinə yaxınlaşmışdır. Bu zaman polis əməkdaşları onu Polis Bölməsinə dəvət emişlər. Polis bölməsinə getməzdən əvvəl polis əməkdaşlarının dəvətinə qarşı gəlmiş, onların tələbini pozmuşdur. Səhvini başa düşüb. Əməlindən səmimi peşmandır. Məhkəmədən yüngül tənbeh tədbiri tətbiq etməsini xahiş etdi. Barəsində inzibati icraat aparılan Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən səmimi peşman olduğunu nəzərə alıb barəsində həbslə bağlı olmayan inzibati tənbeh təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X6 izahatında göstərdi ki, 10 fevral 2023-cü il tarixdə saat 23:12 radələrində Bərdə şəhəri H.Əliyev prospektində Bərdə rayon X9 X11 inspektorları, polis baş serjantı Rəşad Hətəmov və Səbuhi Salmanov ilə xidmətdə olan zaman “Lexsus” markalı **-SC-*** qeydiyyat nişanlı avtomaşın işıq sistemndən düzgün istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanıldı. Sürücüyə yaxınlaşaraq özlərini təqdim edərək qayda pozuntusu barədə məlumat verilmişdir. Lakin sürücü yüksək səslə səs-küy salaraq və əl-qol hərəkətləri ilə danışaraq inspektorun sinəsindən itələmişdir. Sürücü dəfələrlə nizam-intizama dəvət edilsədə o polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid X7 izahatında göstərdi ki, 10 fevral 2023-cü il tarixdə saat 23:12 radələrində Bərdə şəhəri H.Əliyev prospektində Bərdə rayon X9 X11 inspektorları, polis baş serjantı Qalib Bayramov və Səbuhi Salmanov ilə xidmətdə olan zaman “Leksus” markalı **-SC-*** qeydiyyat nişanlı avtomaşın işıq sistemndən düzgün istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanıldı. Sürücüyə yaxınlaşaraq özlərini təqdim edərək qayda pozuntusu barədə məlumat verilmişdir. Lakin sürücü yüksək səslə səs-küy salaraq və əl-qol hərəkətləri ilə danışaraq inspektorun sinəsindən itələmişdir. Sürücü dəfələrlə nizam-intizama dəvət edilsədə o polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid X5 izahatında göstərdi ki, 10 fevral 2023-cü il tarixdə Bərdə şəhəri, Sənaye küçəsinə polis əməkdaşları Şəxs yaxınlaşaraq içkili olub-olmamasını soruşmuşlar. O isə cavabında içkili olmadığını bildirmişdir. Bundan sonra o avomobildən düşərək Yol Polis Xidməti Bölməsinin avtomobilinə yaxınlaşmışdır. Bu zaman polis əməkdaşları onu Polis Bölməsinə dəvət emişlər. Polis bölməsinə getməzdən əvvəl polis əməkdaşlarının dəvətinə qarşı gəlmiş, onların tələbini pozmuşdur. Polis əməkdaşları Xaliqin onlara tabesizlik göstərdiyini və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun protokol tərtib edilməli olduğunu bildirmişlər. Bundan sonra Xaliq polis əməkdaşları ilə Bərdə rayon Polis Şöbəsinə getmişlər. Məhkəmə iclasında şahid X1 izahatında göstərdi ki, 10 fevral 2023-cü il tarixdə Bərdə şəhəri, Sənaye küçəsinə polis əməkdaşları Şəxs yaxınlaşaraq içkili olub-olmamasını soruşmuşlar. O isə cavabında içkili olmadığını bildirmişdir. Bundan sonra o avomobildən düşərək Yol Polis Xidməti Bölməsinin avtomobilinə yaxınlaşmışdır. Bu zaman polis əməkdaşları onu Polis Bölməsinə dəvət emişlər. Polis bölməsinə getməzdən əvvəl polis əməkdaşlarının dəvətinə qarşı gəlmiş, onların tələbini pozmuşdur. Polis əməkdaşları Xaliqin onlara tabesizlik göstərdiyini və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun protokol tərtib edilməli olduğunu bildirmişlər. Bundan sonra Xaliq polis əməkdaşları ilə Bərdə rayon Polis Şöbəsinə getmişlər. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin polis kapitanı X4 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 11 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə, hesab edirəm ki, Şəxs xırda xuliqanlıq və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları və digər sübutlarla tam təsdiq olunduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs qanunvericiliyin tələblərini pozaraq polis əməkdaşları tərəfindən saxlanılmış, barəsində inzibati icraat aparılan şəxsə qanunun tələbləri izah edilərkən, Şəxs nəinki qanunun tələbləri ilə razılaşmamış, əksinə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bundan başqa xidməti vəzifələrini icra edən, mövcud qanun pozuntusunun qarşısını almağa çalışmış polis əməkdaşlarına müqavimət göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa məhkəmə, törədilmiş inzibati xətanın cəmiyyətdə yarada biləcək neqativ hallarını, cəmiyyətdə bərqərar olmuş ictimai dəyərlərə, vətəndaşla polis arasında təşəkkül tapmış qarşılıqlı inam və etibara zərbə vura biləcəyini nəzərə alıb Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin seçilməsini məqsədəmüavafiq hesab edir. Çünki inzibati tənbehin əsas məqsədləri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdır. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-365/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-365/2023
11.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver