Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-368/2022 22.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin polis kapitanı X3, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, 27 avqust 1983-cü il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, işləməyən, evli, Bakı şəhəri, Polad Həşimov küçəsi döngə 2, ev 48 c qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 fevral 2022-ci il tarixdə Bərdə Rayon Polis X1 təhqiqatçısı Orxan Nəbiyevi telefon vasitəsi ilə təhqir edərək söyüşlər ifadə etmişdir. Məhkəmə iclasında Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin polis kapitanı X5 izahatında göstərdi ki, Şəxs 21 fevral 2022-ci il tarixdə Bərdə Rayon Polis X1 təhqiqatçısı Orxan Nəbiyevi telefon vasitəsi ilə təhqir edərək söyüşlər ifadə etmişdir. Məhkəmədən qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, getmişdi Mərkəzi Xəstəxanaya anasının yanına. Orada eşitdi ki Almaz həkim qaynar xətlə danışır və xəstə anasını təhqir edir. Polis əməkdaşı da onunla danışanda onunla kobnud danışmış və ona sözlərini deməyə imkan verməmişdir. O, da bundan çox əsəbləşmişdir. Əsəbləşərək təhqir edib. Nalayiq ifadə işlədib. Ümumi polis əməkdaşlarını təhqir etməyib. Əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı uşağı var. Məhkəmədən həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq etməsini xahiş etdi. Məhkəmə iclasında şahid X8 verdiyi izahatında göstərdi ki, 21 fevral 2022-ci il tarixdə X2 zaman xəstəxananın doğum şöbəsində X6 102 xidmətinə məlumat verdi ki, inzibati binada iş otağında iş yoldaşı Nərgiz və onun oğlu Mir-damət tərəfindən döyülüb. Dərxal hadisə yerinə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gedərək şikayətçinin ərizəsi və şıfahi izahatı alınan zaman bildirdi ki, iş yoldaşı Nərgiz həkim və onun oğlu Mir-damət tərəfindən döyülüb. Nərgiz həkimnən telefon vasitəsi ilə əlaqə saxlayıb, bundan sonra Mir-damət telefonu anasının əlndən alıb aqressiv şəkildə danışmağa başladı. Bildirdi ki, Almaz həkim anasını vurub. O da bildirdi ki, ya onların yaşadığı ünvana yaxınlaşsın şikayət və ərizələri varsa, ya da onlar yaxınlaşsınlar polis şöbəsinə. Bundan sonra Mir-Damət telefonda ümumi polis əməkdaşlarına nalayiq ifadələr işlətdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 22 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi 3123 saylı 21 fevral 2022-ci il tarixli aktdan görünür ki, Şəxs sərxoşluq əlamətləri yoxdur. İş materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21 fevral 2022-ci il tarixdən saat 20:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, hesab edirəm ki, Şəxs xırda xuliqanlıq inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları və digər sübutlarla tam təsdiq olunduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarından görünür ki, Şəxs 21 fevral 2022-ci il tarixdə saat 20:30-dan inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs 21 fevral 2022-ci il tarixdən saat 20:30-da inzibati qaydada tutulmasını nəzərə alaraq təyin edilmiş 100 manat məbləğində inzibati cərimənin məbləği azldıralaraq 75 manat məbləğində saxlanılsın. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-368/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-368/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver