Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-370/2022 22.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 01 oktyabr 1991-ci il tarixdə Bərdə rayonu Nəcəfqulubəyli kəndində doğulmuş, evli, orta təhsilli, işsiz, Bərdə şəhəri, Nizami küçəsi ev 112-də qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-1411/2021 saylı 29 iyul 2021-ci il tarixli icra sənədinə əsasən borclunun 1300 manat ödənilməmiş aliment borcu yaranmışdır. Borclu Şəxs icraçının qanuni tələblərinə tabe olmamış, borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1411/2021 saylı 29 iyul 2021-ci il tarixli icra sənədinə əsasən borclunun 1300 manat ödənilməmiş aliment borcu yaranmışdır. Şəxs imkanı olmadığından alimenti ödəmir. Borcluya dəfələrlə xəbərdarlıq edilsə də ödəniş etməyib. Şəxs cəzadan dekabr ayında azad olunub, yanvar ayında 100 manat ödəniş etmişdir. Barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X7 Ağa qızı ifadəsində göstərdi ki, mart ayında bir il olacaq ki uşağı saxlamağa köməklik göstərmir. Onu döymür, təhqir etmir, lakin 2100 manat borcdan ona 100 manat ödəniş edib. 4 ay həbsdə olduğundan 720 manat borcdan keçib. İşləmir. İki uşağa baxmağa imkanı yoxdur. Məhkəmədən qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, borcu ödəməkdən yayınmır. 4 ay həbsdə olduğundan ödəniş edə bilməyib. Həbsdən çıxandan sonra 100 manat ödəniş edib. Bundan sonra hər ay ödəniş edəcəyini söz verdiyini qeyd edərək məhkəmədən ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin,tələbkarın, icra məmurunun və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmır. Belə ki, Şəxs iş materiallarından da görünür ki, 4 ay həbsdə olduğundan borcu ödəyə bilməyib. X7 Ağa qızına isə borcu hissə-hissə ödəyəcəyinə söz verdiyini qeyd etmişdir. Bu faktlar icra məmuru və tələbkarın izahatında da məhkəmə iclas zalında öz təsdiqini tapmışdır. Bundan başqa iş materiallarından da görünür ki, Şəxs cəzadan azad olunduqdan sonra 100 manat ödəniş etmişdir. Belə olduğu təqdirdə məhkəmə Şəxs əməlində qərəzlilik kimi halları müşahidə etmir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-370/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-370/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver