Məhkəmə qərarları › İş №3(021)-374/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-374/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-374/2022 23.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Allahverdiyev Məhərrəm Ələkbər oğlu, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 24 avqust 2021-ci il tarixdə Bərdə şəhəri, Səttərxan küçəsində yaşayan X5 məxsus yaşayış evinin həyətindən 78 manat dəyərində hind quşlarını oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 fevral 2022-ci il tarixdə Bərdə rayonu Türkmən kəndində X3 məxsus 2 ədəd hind quşunu oğurlamışdır. Bunda n başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 dekabr 2021-ci il tarixdən 13 dekabr 2021-ci il tarixə keçən gecə Bərdə şəhəri, M.Hüseynzadə küçəsi ev 2/12-də yaşayan X2 məxsus yaşayış evindən ümumilikdə dəyəri 82,50 manat olan aliminium ləyən və qazanları oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 noyabr 2021-ci il tarixdə Bərdə rayonu Qayalı kəndində X1 məxsus evdən 50 manat dəyərində məişət əşyalarını oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 dekabr 2021-ci il tarixdə saat 1730 radələrində Bərdə şəhəri, A.Əhmədov küçəsində yerləşən 3 saylı körpələr evindən, saxlanc yerindən 85 manat dəyərində metal əşyaları gizli yolla oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri, Nüşabə küçəsi ev 49-da yaşayan X4 məxsus evin həyətindən 5 ədəd toyuğu və 1 ədəd samovarı oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-nə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-371/2022 saylı inzibati iş, 3(021)-372/2022 saylı inzibati iş, 3(021)-373/2022 saylı inzibati iş, 3(021)-374/2022 saylı inzibati iş, 3(021)-375/2022 saylı inzibati iş 3(021)-376/2022 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 23 fevral 2022-ci il tarixdə saat 1155-də Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar