Məhkəmə qərarları › İş №3(021)-376/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-376/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-376/2022 23.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, zərərçəkmiş şəxs X14 iştirakı ilə xx xxxx 1993-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, subay, Bərdə şəhəri, Füzuli küçəsi ev 75-də qeydiyyatda olan və Yevlax rayonu, Otuzikilər qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 24 avqust 2021-ci il tarixdə Bərdə şəhəri, Səttərxan küçəsində yaşayan X15 məxsus yaşayış evinin həyətindən 78 manat dəyərində hind quşlarını oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 fevral 2022-ci il tarixdə Bərdə rayonu Türkmən kəndində X8 məxsus 2 ədəd hind quşunu oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 dekabr 2021-ci il tarixdən 13 dekabr 2021ci il tarixə keçən gecə Bərdə şəhəri, M.Hüseynzadə küçəsi ev 2/12-də yaşayan X4 məxsus yaşayış evindən ümumilikdə dəyəri 82,50 manat olan aliminium ləyən və qazanları oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 noyabr 2021-ci il tarixdə Bərdə rayonu Qayalı kəndində X2 məxsus evdən 50 manat dəyərində məişət əşyalarını oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 dekabr 2021-ci il tarixdə saat 1730 radələrində Bərdə şəhəri, A.Əhmədov küçəsində yerləşən 3 saylı körpələr evindən, saxlanc yerindən 85 manat dəyərində metal əşyaları gizli yolla oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri, Nüşabə küçəsi ev 49-da yaşayan X9 məxsus evin həyətindən 5 ədəd toyuğu və 1 ədəd samovarı oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verib bildirmişdir ki, 24 avqust 2021-ci il tarixdə Bərdə şəhəri, Səttərxan küçəsində yaşayan X15 məxsus yaşayış evinin həyətindən hind quşlarını, 01 fevral 2022-ci il tarixdə Bərdə rayonu Türkmən kəndində X8 məxsus 2 ədəd hind quşunu, 12 dekabr 2021-ci il tarixdən 13 dekabr 2021-ci il tarixə keçən gecə Bərdə şəhəri, M.Hüseynzadə küçəsi ev 2/12-də yaşayan X4 məxsus yaşayış evindən aliminium ləyən və qazanları, 19 noyabr 2021-ci il tarixdə Bərdə rayonu Qayalı kəndində X2 məxsus evdən məişət əşyalarını, 17 dekabr 2021-ci il tarixdə saat 1730 radələrində Bərdə şəhəri, A.Əhmədov küçəsində yerləşən 3 saylı körpələr evindən metal əşyaları, 17 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri, Nüşabə küçəsi ev 49-da yaşayan X9 məxsus evin həyətindən 5 ədəd toyuğu və 1 ədəd samovarı oğurlamışdır. 22 fevral 2022-ci ildə saat 1640-da inzibati qaydada tutulmuşdur. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X17 göstərmişdir ki, Şəxs 24 avqust 2021-ci il tarixdə Bərdə şəhəri, Səttərxan küçəsində yerləşən evimin həyətindən 1 ədəd hid quşu və 5 ədəd toyuq oğurlamışdır. Ona dəymiş ziyan ödənilmədiyindən sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X12 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 03 sentyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X13 müraciəti əsasında toplanmış HK-1-2919 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTBnə verilmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı X5 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 04 fevral 2022-ci il tarixli qərarından müəyyən olunur ki, X6 ərizəsi əsasında toplanmış HK-1-415 saylı material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün aidiyyatı üzrə rayon polis şöbəsinin İTB-nə təqdim edilmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X12 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 24 dekabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X3 müraciəti əsasında toplanmış HK-1-4345 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTBnə təqdim edilmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X16 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 01 dekabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X1 müraciəti əsasında toplanmış HK-1-4012 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTBnə təqdim edilmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı X10 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 22 dekabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X11 müraciəti əsasında toplanmış HK-1-4314 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş şəxsin və şəxslərin gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-nə təqdim edilmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı X5 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 22 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X7 müraciəti əsasında toplanmış HK-1-3984 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti aidiyyatı üzrə rayon Polis şöbəsinin İTB-nə təqdim edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, zərərçəkmiş şəxsi dindirib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında protokollar və Bərdə rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Şəxs törətdiyi inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi üç ay olduğundan sonuncunun barəsində törətdiyi hər inzibati xətaya görə 30 gündən az cəza təyin edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İş materialında olan inzibati qaydada tutma haqqında 282/22 saylı 22 fevral 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Şəxs 22 fevral 2022-ci ildə saat 1640-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 227, 360, 362- 365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 3(021)-371/2022 saylı inzibati xəta haqqında material üzrə 01 (bir) ay 10(on) gün, 3(021)-372/2022 saylı inzibati xəta haqqında material üzrə 01 (bir) ay 10(on) gün, 3(021)-373/2022 saylı inzibati xəta haqqında material üzrə 01 (bir) ay 10(on) gün, 3(021)-374/2022 saylı inzibati xəta haqqında material üzrə 01 (bir) ay 10(on) gün, 3(021)-375/2022 saylı inzibati xəta haqqında material üzrə 01 (bir) ay 10(on) gün və 3(021)-376/2022 saylı inzibati xəta haqqında material üzrə 01 (bir) ay 10(on) gün müddətə inzibati tənbeh növündə həbs edilsin. Şəxs üzərində qəti olaraq 02(iki) ay 10(on) gün müddətə inzibati tənbeh növündə həbs saxlanılsın. İnzibati həbs etmənin əvvəli 22 fevral 2022-ci il tarixdən saat 1640-dan hesablansın. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar