Məhkəmə qərarları › İş №3(021)-378/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-378/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-378/2022 10.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi əmək müfəttişi X9, Barəsində inzibati icraat aparılan X2 iştirakları ilə, 30 iyun 1998-cı il tarixdə Ağdam rayonu, Seyidli kəndində doğulmuş, orta təhsilli, evli, Ağdam rayonu, Sarıhacıəlı kəndində yaşayan barəsində inzibati icraat X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə Rayon Prokurorluğundan daxil olmuş 25 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, vəzifəli şəxs X1 rayon sakini Bərdə rayonu Mirzəxan kəndində yaşayan X4 ilə əmək müqaviləsi bağlamamış işə cəlb edilmişdir. X3 Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat cərimə edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi əmək müfəttişi X13 bildirmişdir ki, onlara Bərdə Rayon Prokurorluğundan göndərilən icraata başlaması haqqında qəraradan sonra, vətandaşı dəvət ediblər şöbəyə. Şöbədə vətəndaş qərarla razılaşmayıb. Elə ordada bildirmişdir ki, VÖEN sahibi olsa da onun ferma təsərrüfatı ilə bağlı heç bir aidiyyəti yoxdur. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəmədə izahat verib bildirmişdir ki, ferma təssarüfatı ilə bağlı onun heç bir aidiyyəti yoxdur. Məhkəmədən qanunamüvafiq tətbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X5 göstərmişdir ki, X2 işçisi olmamış. O, Quliyev İlham ilə şərikdir. Ümumiyyətlə öz heyvanlarını otarır və heç kimin işçisi deyil. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında X2 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməsi məhkəmə iclasında heç bir sübut növü ilə təsdiq edilməmişdir. Əksinə, məhkəmə iclasında izahat verən hər şahid X2 işçisi olmadığını bildirmişdir. Qeyd edilən bu faktlar isə ümumiyyətlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bərdə regional ərazi şöbəsi tərəfindən araşdırılmamış, qeyd edilən dəlillərin təkzib edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin əlamətləri olması öz təsdiqini tapmadığından onun barəsində olan inzibati xətaya dair işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53,105,114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRAR ALDİ X2 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta üzrə icraata xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar