Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-38/2021 15.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə RPŞ-nin sahə rəisi X5 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ağdam rayonu Başqərvənd kəndi anadan olmuş, Ağdam rayonu Başqərvənd kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri Çaysahili küçəsində yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.1 və 535-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs İXM-in 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində 15 yanvar 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 15.01.2021-ci il tarixdə qarantin rejimi qaydalarını pozaraq yaşadığı evi icazəsiz tərk etmiş və BRP-nə gətirələn zaman polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin sahə rəisi X5 oğlu bildirdi ki, Şəxs 15.01.2021ci il tarixdə qarantin rejimi qaydalarını pozaraq yaşadığı evi icazəsiz tərk etmiş və BRP-nə gətirələn zaman polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icazəsiz və tibbi maskası olmadan yaşadığı evi tərk etdiyi üçün polis əməkdaşları onu saxlatmış, əsəbi olduğundan polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığını etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən polis əməkdaşı X4 bildirdi ki, Şəxs 15.01.2021-ci il tarixdə qarantin rejimi qaydalarını pozmuşdur. Onu Bərdə rayon Polis şöbəsinə apramağa çalışarkən tabesizlik göstərərək kobudluğa yol vermiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə Şəxs İXM-in 211.1 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ-nin sahə rəisi polis mayoru X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokolda göstərilmişdir ki, 15.01.2021-ci il tarixdə qarantin rejimi qaydalarını pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. İnzibati qaydada tutma haqqında 15.01.2021-ci il tarixli protokoldan görünür ki, törədilmiş inzibati xətanın qarşısının alınması məqsədi ilə Şəxs 15.01.2021-ci il tarixdə, saat 04:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, polis əməkdaşnın və şahidin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 211.1 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə səxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Beləliklə məhkəmə hesab edir ki, Şəxs oğluna 15 (on beş ) gün inzibati tənbehhəbs tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub Q ə r a r a a l d ı: Şəxs oğlu İXM-in 211.1 və 535-ci maddələri ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli15 yanvar 2021-ci il tarixdən, saat 04:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti elan edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-38/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-38/2021
15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver