Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-38/2025 10.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X7, zərərçəkmiş şəxslər X2, X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan, Bərdə rayonu, Lək kəndi ünvanında yaşayan Şəxs barəsində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Lək kəndində yaşayan X5 ictimai yerdə yüksək səslə söyərək, nalayiq ifadələrlə təhqir etmişdir. Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Lək kəndində polisin qanuni tələbini pozmuşdur . Bərdə rayon Məhkəməsinin 3(021)-38/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-38/2025 və Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məzuliyyətə cəlb edilməsinə dair 3(021)-39/2025 saylı inzibati işlər bir icraatda birləşdirilərək 3(021)-38/2025 sayla baxılması qərara alınmışdır. Məhkəmə iclasında Bərdə Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X11 məhkəmə iclasında göstərdi ki, 8 yanvar 2025-ci il tarixdə saat 17.19 radələrində məlumat daxil olmuşdur ki, X1 Bərdə rayonu Lək kəndinə Şamxal və Anar adlı şəxslər pul tələb edib, üzərinə hücum edib onu söyüb təhqir etmişdir. Bununla bağlı Şəxs və Şamxal Əliyevə zəng etmiş, izahat vermələri üçün çağırmışdır. Lakin həmin şəxslər izahat vermək üçün gəlməmiş, buna görə də Bərdə rayonu Lək kəndinə getmişdir, Şəxs maşınında görmüşdür, izahat verməyə dəvət etmiş, lakin Şəxs izahat verməkdən imtina etmiş, polis əməkdaşlarına əl-qol atmışdır, polisin qanuni tələbinə tabe olmaqdan imtina etmişdir, ona görə də Şəxs Bərdə rayon Polis Şöbəsinə gətirmişlər. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, Bərdə rayonu, Lək kəndində yaşayır. Taksi fəaliyyəti ilə məşğul olur, zərərçəkmiş şəxs Ömər Bayramovla dostdur, Ömər Bayramov ona bildirmişdir ki, dostunun borcu var, ona görə də həmin borcunu vermək üçün qızıl əşyası verərək, borc götürmüşdür, Ömər qızılı vermiş, bildirmişdir ki, qızılı yoxladacaq, Şamxal qızılı yoxlatmış, müəyyən olunmuşdur ki, qızıl deyil, saxtadır, Öməri çağıraraq ona qızılın saxta olduğunu demişdir, bundan sonra Ömər gedib şikayət etmişdir ki, Anar bildirir ki, qızıl saxtadır. Ömərlə dostdur, aralarında heç bir mübahisə, dava-dalaş olmamışdır, polis onu çağırarkən Yevlax şəhərinə müştəri aparmışdır. Polis işçiləri gələrkən Lək kəndində qəssabxananın qarşısında olmuş, yas yerinə getmək istəmişdir, həmin vaxtı orda heç kim olmamışdır, tək olmuşdur. Polis içiləri onu Polis Şöbəsinə dəvət etmişdir, o, da heç bir müqaviləmət göstərmədən etiraz etmədən getmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs müdafiəçisi X10 izahatında göstərmişdir ki, barəsində inzibati haqqında protokol tərtib edilmiş şəxs Şəxs ilə zərərçəkmiş şəxs X6 arasında mübahisə şəxsi münasibətlər zəminində baş vermişdir, Şəxs ictimai qaydanı pozmamışdır, polisə müqavimət göstərməmişdir, ona görə də hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 göstərdi ki, dostuna pul ehtiyac olmuşdur, bildirmişdir ki, Əliyev Şamxal və Şəxs qızıl əşyası girov qoyaraq pul götürək, o, qızılı Şamxala və Anara verərək 1300 manat pul istəmişdir, çünki onlar “sələmə” pul verməklə məşğuldur, Anar qızılı götürüb getmişdir, bildirdi ki, qızılı yoxladıb, sonra pulu verəcəkdir, bir saatdan sonra gələrək, 1200 manat ona pul vermişdir. Gecə dostugildə qalmışdır, Anar onun yaşadığı evə getmiş, onu axtarmış, söyüş söymüşdür. Həmin şəxsin kim olduğunu araşdırmaq üçün kəndə yol kənarına çıxmışdır. Şəxs yol kənarında olmuşdur, onunla görüşmüş, nə baş verdiyini soruşmuşdur, hamının içində Şəxs onu təhqir etmiş, bildirmişdir ki, verdiyin qızıl saxtadır, o, bunun mümkün olmayacağını, qızılı yoxladıb, sonra pul verdiyini demişdir, Şəxs onu elə kəndin kənarında güclə maşına salmağa çalışmışdır. Qeyd edilən hadisə kənd camaatının gözü qarşısında olmuşdur, bundan sonra 102 xidmətinə zəng etmişdir. Məhkəmə iclasında zərərşəkmiş şəxs qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin polis nəfəri işləyən X6 izahatında göstərdi ki, 9 yanvar 2025-ci il tarixdə saat 12 radələrində sahə rəisi X11 bildirdi ki, Bərdə rayon Lək kəndinə gedək, Şəxs barəsində şikayət ərizəsi olduğundan ondan izahat alınması üçün Bərdə Rayon Polis Şöbəsinə gətirək, birlikdə Bərdə rayonu Lək kəndində getmişlər, orda Anarı izahat vermək Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişdir, lakin Anar onları təhqir etmiş, onun sinəsindən itələmiş, get işinlə məşğul ol demiş, Polis Şöbəsinə gəlməkdən imtina etmişdir, bundan sonra onu xidməti avtomobillə Bərdə Rayon Polis Şöbəsinə gətirmişlər, yol boyu Anar onları nalayiq söyüşlərlə təhqir etmişdir, əl-qol hərəkətləri etmişdir. Şəxs hərəkətləri nəticəsində heç bir xəsarət almamışdır. Məhkəmə iclasında hadisənin video yazısına baxış keçirilmişdir. Video yazıya baxış zamanı bir nəfər şəxsin digər şəxslə mübahisə etdiyi, onu dartaraq naməlum istiqamətə apardığı, ətrafda çox sayda insanın olduğu müəyyən edildi. Məhkəmə iclasında audio yazıya baxış keçirilərkən Anar adlı şəxsin Ömər adlı şəxsi telefonda əxlaqsız söyüşlərlə söyərək maşınına oturmağa çağırdığı müəyyən edildi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X11 tərəfindən tərtib edilmiş 9.1.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol qismən əsaslıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1 və 114.1.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən tərtib edilən 9.1.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs Kğnül oğlunun 9 yanvar 2025-ci il tarixdə Bərdə raynonu, Lək kəndində uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmaması qeyd olunsa da, onun polisin qanuni tələblərinə hansı qaydada qəsdən tabe olmaması əsaslandırılmamış, Şəxs bunu etiraf etməmiş, polis əməkdaşları isə həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına həmin hissədə xitam verilməlidir. Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, o cümlədən protokola əlavə edilmiş digər materiallarla, şahid ifaələri ilə təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Musa Nəcəfliyə inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxsvə inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi şəxsi yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan: “İnzibati qaydada tutma haqqında” 9 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 9.1.2025-cü ildə saat 1500-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510-cu mаddəsi ilə təqsirli bilinib, bаrəsində 05 (beş) gün inzibati tənbeh-həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 9 yanvar 2025-ci il tаrixdən, saat 15:00–dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 05 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 09 yanvar 2025-ci il tarixdən saat 1500-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-38/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-38/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver