Məhkəmə qərarları › İş №3(021)-382/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-382/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-382/2022 24.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxx 1991-ci ildə Laçın rayonu Nağdalı kəndində anadan olmuş, orta təhsilli, işləməyən, evli, Laçın rayonu Şamkənd kəndində qeydiyyatda olan və Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 fevral 2022-ci il tarixdə saat 01 radələrində Bərdə rayonu Qaradəmirçi kəndində “Banu” çay evini işlədərək karantin rejimi qaydalarını pozmuşdur. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, Bərdə rayonu Qaradəmirçi kəndi ərazisinə yerləşən “Banu” çay evini işlədir. 24 fevral 2022-ci ildə çay evində ad günü olmuş, saat 0040 radələrinə kimi çayxanada ad günü keçirilmişdir. Polis əməkdaşları çayxanaya gəlmiş və karantin qaydalarını pozduğuna görə onu saxlayaraq polis şöbəsinə aparmışlar. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında 24 fevral 2022-ci il tarixli MN ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İş materiallarında olan 24 fevral 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs 24 fevral 2022-ci ildə saat 0100-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 24 fevral 2022-ci il tarixdən saat 0100-dan hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 211.1, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on ) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 24 fevral 2022-ci il tarixdən saat 0100-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar