Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-383/2021 08.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş EQ ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 12.08.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20.0 manat məbləğində cərimə edilmiş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etmədiyi üçün Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişlər . İşə əlavə edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında elektron protokolun surətindən görünür ki, Şəxs oğlu 12.08.2020-ci il tarixdə İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20.0 manat məbləğində cərimə olunmuş, 12.0 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43,114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutub məhkəmə, q ə r a r a a l d ı: xx.xx.1994-cü ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Mollagüllər kəndində yaşayan Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yevlax 7 saylı RQİŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-383/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-383/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver