Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-387/2022 10.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Barəsində inzibati icraat aparılan X7 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Cənub Ərazi Baş Gömrük İdarəsinin gömrük xidməti polkovniki X1 19 avqust 2021-ci il tarixli 12000/5306 saylı qərardan şikayətçi X7 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X2 tərəfindən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin 709,78 ABŞ Dolları yəni 1206,63 manatın 50% həddində, yəni 603,31 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bundan başqa sözü qedən qərara əsasən X6 izah edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2 və 31.5 maddələrinə əsasən inzibati tənbeh tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi aşkar etmir və bu xətaya görə inzibati məsuliyyətə cəlb olunduqdan sonra da xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunmalıdır. X3 Ərazi Baş Gömrük İdarəsində 26 sentyabr 2018-ci il tarixdə **********9593 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirməklə ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan, ümumilikdə 709,78 ABŞ Dolları, yəni 1206,63 manat məbləğində vəsaitin inzibati tənbeh vermə haqqında qərarın gəbul olunduğu gündən etibarən 180 gün ərzində Azərbaycan Respublikasında müvəkkil olunmuş bank hesabına köçürülməsini təmin etmişdir. X5 adına Cənub Ərazi Baş Gömrük İdarəsində 26 sentyabr 2018-ci il tarixdə **********9593 sorğu nömrəli gömrük nəyannaməsi üzrə ixrac gömrük prosedurunda konsignasiya yolu ilə rəsmiləşdirməklə ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 709,78 ABŞ Dolları yəni 1206,63 manat məbləğində vəsaiti inzibati tənbeh vermə haqqında qərarın gəbul olunduğu gündən etibarən 180 gün ərzində X7 tərəfindən Azərbaycan Respublikasında müvəkkil olunmuş bank hesabın köçürülməsi prosesinə nəzarət Cənub Ərazi Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinə həvalə edilməsi qərara alınmışdır. X7 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Cənub Ərazi Baş Gömrük İdarəsinin gömrük xidməti polkovniki X2 tərəfindən 19 avqust 2021-ci il tarixli 12000/5306 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında X7 izahatında bildirdi ki, o 2018-ci ildə mal göndərmişdir Ukrayinaya. 36 000 Dollar pul idi hamısı gaytarılıb, 600 dollarlıq mal xarab olmuşdur.O vaxt akt tərtib edib təsdiq ediblər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Cənub Ərazi Baş Gömrük İdarəsinin gömrük xidməti polkovniki X1 19 avqust 2021-ci il tarixli 12000/5306 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Cənub Ərazi Baş Gömrük İdarəsinin gömrük xidməti polkovniki X1 19 avqust 2021-ci il tarixli 12000/5306 saylı qərardan şikayətçi X7 tərəfindən verilmiş izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Cənub Ərazi Baş Gömrük İdarəsinin gömrük xidməti polkovniki X1 19 avqust 2021-ci il tarixli 12000/5306 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətçi X7 tərəfindən verilmiş şikayət təmin edilməli və X7 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 3(045)-106/2022 saylı 16 fevral 2022-ci il tarixli Göranboy Rayon Məhkəməsinin qərardadına əsasən X5 Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev tərəfindən gəbul edilmiş 12000/5306 nömrəli, 19 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndıərilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bundan başqa məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 mart 2019-cu il tarixli qərarında qeyd edilir: “......“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Valyuta tənzimi haqqında” Qanun) Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyət və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquq və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinin 3-cü hissəsində xarici valyuta aşağıdakı kimi müəyyən edilmişdir: a) müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları; b) xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesablarda olan vəsaitlər. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. Azərbaycan Respublikasında bütün rezidentlər və qeyri-rezidentlər tərəfindən idxalixrac əməliyyatlarının həyata keçirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, o cümlədən Qaydalarla tənzimlənir. Qeyd edilməlidir ki, ixracda hesablaşmaları tənzimləyən Qaydaların 12-ci bəndinə hesablaşma üsulları ilə bağlı bir neçə dəyişiklik edilmişdir. Belə ki, 10 fevral 2017-ci il tarixli 1233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə edilmiş dəyişikliklər nəticəsində dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışının yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilməsi kimi irəli sürülən tələblər aradan qaldırılmışdır. ......Yeni tələblərə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri). Qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir.......” Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X3 Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirməklə 26 sentyabr 2018-ci il tarixdə **********959 nömrəli gömrük bəyyanaməsindən üç ildən çox vaxt keçmişdir. Belə olduğu halda həm inzibati xətalar qanunvericiliyinin, həm də Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli, lakin həmin Məcəllənin 38-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Barəsində inzibati icraat aparılan X7 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Cənub Ərazi Baş Gömrük İdarəsinin gömrük xidməti polkovniki X2 tərəfindən qəbul edilmiş 19 avqust 2021ci il tarixli 12000/5306 saylı qərar ləğv edilsin. Barəsində inzibati icraat aparılan X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-387/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-387/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver