Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-388/2022 26.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, zərərçəkmiş şəxs X3 iştirakı ilə xx xxxxxx 1993-cü ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, subay, Bərdə şəhəri, E.Əsədov küçəsi ev 43-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 16 fevral 2022-ci il tarixdə saat 1920-də Bərdə şəhəri, E.Əsədov küçəsində yerləşən təmir sexində işləyən X4 məxsus “Redmi Not 8” markalı mobil telefonu oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verib bildirmişdir ki, 16 fevral 2022-ci il tarixdə saat 1920-də Bərdə şəhəri, E.Əsədov küçəsində yerləşən təmir sexində işləyən X1 yanına gələrək ondan danışmaq üçün mobil telefonunu istəmiş, sonuncu da özünə məxsus “Redmi Not 8” markalı mobil telefonunu ona vermişdir. Telefonla sexin ətrafında danışmağa başlamışdır. Anar Sadıqovun başının qarışdığını görüb telefonu oğurlamaq qərarına gəlmiş və telefonu Anar Sadıqova qaytarmayaraq özü ilə aparmışdır. Polis əməkdaşları bu gün yəni 26 fevral 2022-ci ildə saat 1030-da saxlayaraq polis şöbəsinə gətirmiş və barəsində protokol tərtib etmişlər. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 göstərmişdir ki, Bərdə rayon 26-lar küçəsində avto təmir sexində dəmirçi işləyir. 16.02.2022-ci ildə təmir sexində iş görərkən əvvələr tanıdığı Elzamin adlı şəxs onun iş yerinə gələrək danışmaq üçün ondan istifadə etdiyi mobil telefonu isdəmiş, özü də “Redmi Not 8” markalı mobil telefonunu Şəxs vermişdir. Sonuncu telefonu ilə təxminən 10 dəqiqə kiminləsə danışmışdır. İşini bitirdikdən sonra paltarını dəyişərək sexi bağalamaq isdəyərkən Elzaminin təmir sexinin ətrafında görməmişdir. Ətrafda olan şəxslərdən Elzaminin hara getməsini soruşmuş, sonuncunun təxminən 3 dəqiqə əvvəl getdiyini demişlər. Ona məlum olmuşdur ki, Elzamin mobil telefonunu oğurlayaraq qaçmışdır. Mobil telefonu 5 ay əvvəl 200 manata almış, hazırda həmin telefonun maya dəyəri 100-110 manat olar. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X2 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 25 fevral 2022-ci il tarixli qərarından müəyyən olunur ki, X1 müraciəti əsasında toplanmış HK-1/616 saylı material üzrə cinayət işi başlanması rədd edilmiş, Elzamin adlı şəxsin yeri və şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinin İTB-nə verilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, habelə inzibati xəta haqqında MN ******* saylı protokol və Bərdə rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarı ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 26 fevral 2022-ci ildə saat 1030-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 26 fevral 2022-ci il tarixdən saat 1030-dan hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 227, 360, 362- 365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 01(bir) ay müddətə inzibati tənbeh növündə həbs edilsin. İnzibati həbs etmənin əvvəli 26 fevral 2022-ci il tarixdən saat 1030-dan hesablansın. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-388/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-388/2022
26.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver