Məhkəmə qərarları › İş №3(021)-39/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-39/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-39/2024 19.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X7 iclas katibliyi, protokol tərtib etmiş şəxs X18, icra işi üzrə X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 2, mənzil 12-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon İcra və Probasiya Şöbəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədi üzrə 3040 manat aliment borcunu tam ödəməmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X18 izahatında göstərdi ki, Bərdə rayon Məhkəməsinin 2(021)-397/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay 100 (bir yüz) manat miqdarında aliment alınaraq iddiaçı X10 verilməlidir. Borclu Şəxs icra sənədini lazımi qaydada icra etməmişdir. Hazırda aliment üzrə borc məbləği 3040 manat olmuşdur. Borcluya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o borcu tam ödəməmişdir. Buna görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. O, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində xəstə olduğunu, işləyə bilmədiyini, buna görə də alimenti ödəyə bilmədiyini bildirmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında X2 ifadəsində avqust ayında borcluya pulu ödəməsi üçün şans verdiyini, lakin borclunun pulu ödəmədiyini və hazırda 3040 manat aliment borcunun olduğunu bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan məlumat vərəqəsindən görünür ki, Şəxs xx.xx.1983-cü il tarixdə ünvan 1 ünvanında yaşayır və qeydiyyatdadır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1989cu il tarixdə anadan olmuşdur. Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-397/2018 nömrəli icra sənədindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 18 dekabr 2017-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 100 (bir yüz) manat miqdarında aliment alınaraq iddiaçı X10 verilməlidir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X18 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN- 745271 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bərdə Rayon Məhkəməsinin icra sənədi üzrə tələblərini yerinə yetirməmiş, yaranmış 3040 manat aliment borcunu tam ödəməmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(021)-505/2018 nömrəli qərardadının surətindən görünür ki, təqdimat təmin edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-397/2018 nömrəli icra sənədi üzrə xx.xx.1983-cü ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 2, mənzil 12-də yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. Bərdə rayon Məhkəməsi Hakiminin inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş, 10 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bərdə rayon icra və probasiya şöbəsinin məmuru Sadiq Həsənov xx.xx.1985-ci il təvəllüdlü X19, xx.xx.1983-cü il təvəllüdlü X20, xx.xx.1987-ci il təvəllüdlü X21, xx.xx.1973cü il təvəllüdlü X17 və xx.xx.1974-cü il təvəllüdlü X3 adına avtomaşının, şəxsi mülkün, bankda əmanətin, torpaq sahəsinin, vergi orqanında qeydiyyatda olub-olmaması, hər hansı bir hüquqi şəxsdə səhmdar, iştirakçı, payçı, məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanların fərdi uçot hesabına hər hansı bir işəgötürən hüquqi və fziki çşəxslərdən vəsaitlərin daxil olub-olmaması, borclunun pensiya və ya təqaüd alıbalmaması barədə AR Ədliyyə Nazirliyi Bərdə rayon İcra Şöbəsinə sorğu vermişdir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Sadiq Həsənova ünvanlanmış sorğuya cavabdan görünür ki, siyahıda göstərilən şəxslərin adına kompyuter bazasında heç bir nəqliyyat vasitəsi qeydə alınmamışdır. "xxxx" ASC tərəfindən Sadiq Həsənova ünvanlanmış sorğuya cavabdan görünür ki, qeyd edilən şəxslərə aid banklarında əmanət yoxdur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrin Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Bərdə rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli sorğuya cavabdan görünür ki, qeyd edilən şəxslərin adına daşınmaz əmlakın dövlət resyestrində əmlak qeydiyyata alınmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh Şəxs apellyasiya şikayətinin təmin edilməməsi, Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-397/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bərdə rayon icra və probasiya şöbəsinin məmurları Həsənov Sadiq, Alıyev Cahangir, icra şöbəsinin əməkdaşı Mehtiyev Rəvan, hal şahidi X4 iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-397 nömrəli qərarına əsasən Şəxs bir uşağın saxlanılması üçün hər ay 100 manat məbləğində alimenti tələbkar X10 ödənilməlidir. Borclunun aliment borcunu ödəməməsi ilə əlaqədar qərarda göstərilən ünvanda olmuşlar, ünvanda olarkən onları borclu özü qarşılamış, onlar borcluya orada olmaqlarının səbəbini izah etmişlər, borclu isə qərardan yuxarı instansiya məhkəməsinə şikayət verdiyini bildirmişdir. Onlar borclunun əmlakına baxış keçirmiş və gündəlik tələbat mallarında başqa əmlak olmadığı üçün əmlak üzərinə həbs qoymaq mümkün olmamışdır. Bərdə rayon icra və probasiya şöbəsinin məmurları Həsənov Sadiq, Alıyev Cahangir, hal şahidi X4 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, borclu Şəxs yaşadığı ünvanda bir daha olmuşlar və ünvanda olarkən onları borclunun qardaşı qarşılamış, qardaşı Raminin ağır xəstə olduğunu, ağır şəraitdə olduğunu, alimentin 1 həftə ərzində ödəniləcəyini bildirmişdir. Bərdə rayon İcra Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Şəxs borcun ödənilməsi üçün sonuncu dəfə xəbərdarlıq edilmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin rəisi Rusif Quliyevin AR Ədliyyə Nazirliyi İcra baş İdarəsinin rəisi Baş icra məmuru Baş ədliyyə müşaviri cənab Nurəddin Mustafayevə ünvanlanmış məktubdan görünür ki, Bərdə rayon İcra Şöbəsinin icraatında olan icra işi ilə əlaqədar X12, Şəxs, X1, X13 və X11 ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün müvafiq tədbirin görülməsinə göstəriş verilməsini xahiş etmişdir. Bərdə rayon Məşğulluq Mərkəzi tərəfindən Bərdə rayon İcra və Probasiya Şöbə rəisi cənab Rusif Quliyevə ünvanlanmış sorğuya cavabdan görünür ki, Bərdə şəhər sakini Şəxs işlə əlaqədar Mərkəzə müraciət etməmiş və işaxtaran kimi qeydiyyata alınmamışdır. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sadiq Həsənovun borclunun axtarışı haqqında qərarının surətindən görünür ki, borclu xx.xx.1983-cü il təvəllüdlü ünvan 6 ünvanında qeydiyyatda olan X23 barəsində axtarış elan edilmişdir. X2 məhkəməyə ərizə verərək borclu Şəxs Məhkəmə icra sənədi üzrə yaranmış aliment borcunun alınaraq ona ödənilməsi üçün borclu barəsində qanuni tədbir görülməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Borclu Şəxs Bərdə rayon İcra və Probasiya Şöbəsinə izahat verərək, aliment pulunun ödənilməsindən imtina etmədiyini, hazırda 1290 manat qalıq aliment borcunun olduğunu, həmin borcu sentyabr ayının axırından başlayaraq aylıq 100 manat alimentini, 30 manat da borcundan olmaqla, cəmi 130 manat ödəniş edəcəyinə söz vermişdir. Borclu Şəxs Bərdə rayon İcra və Probasiya Şöbəsinə izahat verərək, qərardan xəbərinin olduğunu, alimenti ödənişlərini qismən etdiyini, aliment borcunun hazırda 1590 manat olduğunu, buna səbəbin isə işsizlik olduğunu, 1590 manat borcdan 300 manatı ödüyəcəyəni, hələn aylardan yaranmış yerdə qalan 1290 manat borcu da hər aylıq 100 manat alimentindən əlavə ən azı 10-20 manatdan yəni cəmi 120 manatdna ödüyüb qurtaracağına söz vermişdir. Şəxs tərəfindən verilmiş iltizamdan görünür ki, borclu 2 aylıq aliment pulunu Yanvar və Fevral aylarını xx.xx.2022-ci il tarixdə ödüyüb çeki ilə Bərdə rayon İcra və Probasiya Şöbəsinə gələcəyinə söz vermişdir. X2 məhkəməyə ərizə verərək xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən keçmiş həyat yoldaşı Şəxs 1 uşağın saxlanılması üçün hər ay cəmi 100 manat məbləğində alimenti onun xeyrinə verməli olduğunu, lakin bu günə qədər alimentin ona qismən ödənildiyini, 2022-ci ilin iyun ayı da daxil olmaqla ona 1540 manat aliment borcu olduğunu, iyun ayının 30-una qədər 300 manat aliment pulunun ödənilməsi və iyul ayının sonundan etibarən borcla birlikdə borc qurtarana kimi hər ay 150 manatdan ödənilməsinə etiraz etmədiyini bildirmiş və qərar icra olunmadığı halda borclunun məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. X2 xx.xx.2023-ü il tarixdə məhkəməyə ərizə verərək Şəxs yaranmış 2740 manat borcdan xx.xx.2023-cü il tarixdə 1500 manat ödəyəcəyinə söz verdiyi üçün borclu barəsində aparılan inzibati iş iş üzrə icraya xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bərdə rayon icra və probasiya şöbəsinin məmurları Həsənov Sadiq, Qasımzadə Məhəmmədəli, icra şöbəsinin əməkdaşı X8 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, borclunun evinə baxış keçirilmiş, lakin borcluya məxsus əmlak aşkar edilmədiyindən əmlakın üzərinə həbs qoymaq mümkün olmamışdır. Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2015 nömrəli arayışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə epilepsiya tutması diaqnozu ilə Bərdə RMX phş-nin X25 müraciət etmiş, ilk tibbi yardım almışdır. Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2534 nömrəli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.1983-cü il təvəllüdlü Qarayev X6 xəstəliyindən müalicə olunur. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, icra işi üzrə borclu olan, hazırki iş üzrə inzibati xəta Şəxs, Bərdə Rayon Məhkəməsinin icra sənədi üzrə tələbkara olan aliment borcunu heç bir üzrlü səbəb göstərmədən tam şəkildə ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, iş materiallarından görünür ki, Şəxs məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qаnunun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Göründüyü kimi, inzibati xəta törədən Şəxs uzun müddət keçməsinə baxmayaraq aliment borcunu tam ödəməmişdir. Bu da onun icra sənədinin icrasından qəsdən yayındığını sübut edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi yolu ilə оnun qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında inzibati həbsə alınsın. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tаrixdən sааt 16:25-dən hesablansın. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokol tərtib edən şəxsə və icra işi üzrə tələbkara göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn Polis Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Аpellyаsiyа Məhkəməsinin Cinayət Kollegiyasına аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar