Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-39/2025 10.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlu Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiallara baxaraq, müəyyən etdi: Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş 9 yanvar 2025-ci il tarixli MN ******* saylı və 9 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar və materiallar hazırlıq mərhələsində araşdırılarkən müəyyən edildi ki, Şəxs törətdiyi bir neçə inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati protokollar 10 yanvar 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan protokollar tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədilə, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilməlidir. Belə ki, İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunanlara əsasən və İXM 106, 109-cu maddələrinə əsasən, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş 9 yanvar 2025-ci il tarixli MN ******* saylı və 9 yanvar 2025-ci il tarixli MN ******* inzibati xəta haqqında protokollar bir icraatda birləşdirilsin. Həmin işlərə 3(049)-38/2025 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. Hakim Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-39/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-39/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver