Məhkəmə qərarları › İş №3(021)-398/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-398/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-398/2021 18.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X1 Bölməsinin sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1971-ci ildə Bərdə rayonunda doğulmuş, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş Bərdə şəhəri, Nüşabə küçəsi ev 11-də qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis X1 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 25 yanvar 2021-ci il tarixdə Bərdə şəhəri, S.Vurğun küçəsi ev 4-də yaşayan X6 məxsus evdə, pencəyin cibindən 100 manat oğurlamışdır. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X1 Bölməsinin sahə rəisi, polis kapitanı X7 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 25 yanvar 2021-ci il tarixdə Bərdə şəhəri, S.Vurğun küçəsi ev 4-də yaşayan X4 evində qonaq olarkən pencəyin cibindən 100 manat pul oğurladığı səbəbindən tərtib edilmişdir. Məhkəmədən Şəxs oğlu barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verib bildirdi ki, onlara vurulmuş ziyan ödənilməmişdir. Barəsidə inzibati icraat aparılan Şəxs haqqında həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs 25 yanvar 2021-ci il tarixdə Bərdə şəhəri, S.Vurğun küçəsi ev 4-də yaşayan X4 evinə gələrək çöldə yatdığını qalmağa yeri olmadığı üçün gecəni zərərçəkmiş şəxsə məxsus evdə qalmasını xahiş etmişdir. X9 onu tanıdığı üçün etiraz etmədən evində yatmasına icazə vermişdir. Mətləb səhər tezdən evdən gedərkən Vidadi Şərifova məxsus pencəyin cibindən 100 manat pulu götürmüşdür. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X8 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 04 fevral 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-252 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs oğlunun X4 evində qonaq olarkən pencəyin cibindən 100 manat pul oğurlamış şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X1 Bölməsinə verilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək, belə qənaətə gəlir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və bu səbəblə də o, inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan subutlarla müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs oğlu 25 yanvar 2021-ci il tarixdə Bərdə şəhəri, S.Vurğun küçəsi ev 4-də yaşayan X4 evində qonaq olarkən pencəyin cibindən 100 manat pul oğurlamışdır. Beləliklə, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, protokol tərtib etmiş polis əməkdaşlarının və zərərçəkmiş şəxsin izahatı, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onun yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq deyildir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs oğluna həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 18 mart 2021-ci il tarixdən, saat 17:10-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar