Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-398/2022 02.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1982-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndində doğulmuş, subay, orta təhsilli, işsiz, Bərdə rayonu Güloğlular kəndində qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-1982/2020 saylı 08 sentyabr 2020-cı il tarixli qərarı üzrə tələbkara qızıl əmlak üzrə 5390 manat borcu yaranmışdır. Borclu Şəxs icraçının qanuni tələblərinə tabe olmamış, borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra X4 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1982/2020 saylı 08 sentyabr 2020-cı il tarixli icra sənədində göstərilən cehiz əşyaları və qızıl zinət əşyaları alınaraq tələbkar X1 verilməsi göstərilmişdir. İcra sənədində göstərilən cehiz əşyaları 11 fevral 2022-ci ildə hamısı tam şəkildə natura qaydasında tələbkarın nümayəndəsinə təhvil verilmişdir. Lakin 5390 manat dəyərində qızıl zinət əşyaları verilməmişdir. Apellyasiya şikayəti verilmişdir. Təzdən icraya daxil olmuşdur 12 yanvar 2022-ci ildə. Fevral ayında əmlak götürülüb təhvil verilib. Barəsində qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, adı çəkilən qızıllar heç birisi onda olmayıbdır. Uşaqlar onun himayəsindədir. İmkanı çatmır ödəniş etməyə. Uşaqlar heç birisi anasını istəmədi. Uşaqların anası uşaqları evdə qoyub tərk edərək Bakı şəhərinə getmişdir. Bundan sonra uşaqlar analarından imtina ediblər. Uşağın biri xəstədi. 2019-cu ildən “Medera” Hospitalda qeydiyyatdadır. Müharibə şərəiti və pandemiya ilə əlaqədar müalicəni davam etdirə bilməyib. Məhkəmədən ona borcunun ödənilməsi və uşağını müalicə etdirilməsi üçün möhlət verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmır. Belə ki, Şəxs iş materiallarından da görünür ki, uşaqlar onun himayəsindədir. Uşağın biri xəstə olduğundan, müalicəyə ehtiyacı olduğundan borcunu ödəməkdən yayınmır. Bu faktlar icra məmuru izahatında da məhkəmə iclas zalında öz təsdiqini tapmışdır. Belə olduğu təqdirdə məhkəmə Şəxs əməlində qərəzlilik kimi halları müşahidə etmir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-398/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-398/2022
02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver