Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-399/2021 24.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Bərdə rayon Kürdborakı kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Bərdə rayon Kürdborakı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-1102/2020 nömrəli 28 fevral 2020-ci il tarixli icra sənədi üzrə 6150 manat, Bərdə Rayon Məhkəməsinin 2(021)-3678/2019 nömrəli 04 noyabr 2019-ci il tarixli icra sənədi üzrə 1230 manat və Bərdə Rayon Məhkəməsinin 2(021)-3047/2019 nömrəli 03 sentyabr 2019ci il tarixli icra sənədi üzrə 201 manat ödənilməmiş borcu vardır, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1102/2020 nömrəli 28 fevral 2020-ci il tarixli icra sənədi üzrə 6150 manat X9, Bərdə Rayon Məhkəməsinin 2(021)-3678/2019 nömrəli 04 noyabr 2019-ci il tarixli icra sənədi üzrə 1230 manat X7 və Bərdə Rayon Məhkəməsinin 2(021)-3047/2019 nömrəli 03 sentyabr 2019-ci il tarixli icra sənədi üzrə 201 manat X8 olan borc Şəxs tərəfindən ödənilməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilmiş, ölkədən çıxmaq hüququna məhkəmə tərəfindən məhdudiyyət qoyulmuş, barəsində bir dəfə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Borclu icra şöbəsinə gəlməkdən boyun qaçırmış və barəsində axtarış işi açılmışdır. Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnamələrini heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. Məhkəmədən Şəxs inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X11 izahatında bildirdi ki, borclu Şəxs ona 6150 manat pul borcludur. İndiyənə qədər heç bir ödəniş olmamışdır. Pulunu tam şəkildə tələb edir. Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1102/2020 nömrəli 28 fevral 2020-ci il tarixli icra sənədi üzrə 6150 manat X9, Bərdə Rayon Məhkəməsinin 2(021)-3678/2019 nömrəli 04 noyabr 2019-ci il tarixli icra sənədi üzrə 1230 manat X7 və Bərdə Rayon Məhkəməsinin 2(021)-3047/2019 nömrəli 03 sentyabr 2019-ci il tarixli icra sənədi üzrə 201 manat X8 ödəməlidir. Lakin himayəsində 3 azyaşlı uşağı vardır. Pandemiya şəraitində iş tapa bilməmişdir. Bu səbəblərə görə də borclarını ödəyə bilməmişdir. Çalışaqcaq ki, hissə-hissə olsa da borclarını ödəsin. Hal-hazırda borcu ödəməyə imkanı yoxdur. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcların ödənilməsindən qərəzli olaraq yayınmadığını əsas gətirərək barəsində aparılan inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək belə qənaətə gəlir ki, tərtib edilmiş protokol qanuni və əsaslı olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-1102/2020 nömrəli 28 fevral 2020-ci il tarixli icra sənədi üzrə 6150 manat X9, Bərdə Rayon Məhkəməsinin 2(021)-3678/2019 nömrəli 04 noyabr 2019-ci il tarixli icra sənədi üzrə 1530 manat X7 və Bərdə Rayon Məhkəməsinin 2(021)-3047/2019 nömrəli 03 sentyabr 2019-ci il tarixli icra sənədi üzrə 301 manat X8 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, icra məmurunun, X2 izahatları, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 24 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)- 1102/2020 nömrəli 28 fevral 2020-ci il tarixli icra sənədi üzrə 6150 manat olan borcdan X9 pul ödəməmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-3678/2019 nömrəli 04 noyabr 2019-ci il tarixli icra sənədi üzrə 1530 manat borcdan X7 300 manat ödəmiş və Bərdə Rayon Məhkəməsinin 2(021)-3047/2019 nömrəli 03 sentyabr 2019-ci il tarixli icra sənədi üzrə 301 manat olan borcundan X8 100 azn ödəmişdir. Qalan məbləği isə ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmiş, edilmiş xəbərdarlıqlara baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini üzürlü səbəblər olmadan icra etməmiş, ona dəfələrlə xəbərdarlıq məktubları göndərilərək izahat alınmışdır. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini üzürlü səbəblər olmadan icra etməməsi artıq mütəmadi xarakter almış, ondan müxtəlif vaxtlarda izahatlar alınmış, ona dəfələrlə xəbərdarlıq məktubları göndərilmiş, barəsində əvvəllər inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş və barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi gərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsini tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın odur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ( ədalətli məhkəmə rarşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanistana qarşı” işində bu prinsipi belə vurğulamışdır:”...Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Göründüyü kimi, borclu kifayət qədər müddət keçməsinə baxmayaraq, borcunu ödəməmişdir. Bu da onun icra sənədlərinin icrasından qəsdən yayındığını sübut edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və diger orqanların icra etmədikdə, yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində inzibati qaydada həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Belə ki, yuxarıda qeyd edilən protokoldan da görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tələbkarlara ümumi olaraq Bərdə Rayon Məhkəməsinin 2(021)- 1102/2020 nömrəli 28 fevral 2020-ci il tarixli icra sənədi üzrə 6150 manat, Bərdə Rayon Məhkəməsinin 2(021)-3678/2019 nömrəli 04 noyabr 2019-ci il tarixli icra sənədi üzrə 1230 manat və Bərdə Rayon Məhkəməsinin 2(021)-3047/2019 nömrəli 03 sentyabr 2019-ci il tarixli icra sənədi üzrə 201 manat borcu olduğu halda əlavə olaraq onun barəsində inzibati qaydada cərimə tətbiq edilməsi həmin tənbehin öz məqsədlərinə çatmayacağını aşkar surətdə özünü biruzə verir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 24 mart 2021-ci il tarixdən saat 14:20-dən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-399/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-399/2021
24.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver