Məhkəmə qərarları › İş №3(021)-4/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-4/2022

06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-4/2022 06.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Bərdə Rayonu Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X6 oğlunun iştirakları ilə, xx.xx.1969-cu ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Mirzalıbəyli kəndində qeydiyyada olmaqla yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 333.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair tərtib edilmiş protokol baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs oğlu 29 noyabr 2021- ci il tarixdə, saat 22:23 radələrində Bərdə şəhər Bakı küçəsində Bərdə rayonu Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X6 oğlu tərəfindən saxlanılmış və yoxlama zamanı Şəxs oğlunun avtomobili sərxoş halda idarə etdiyi müyyən olunmuşdur. Məhkəmə iclasında Bərdə Rayonu Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X6 oğlu bildirdi ki, Şəxs oğlu yol hərəkət qaydalarını pozduğu üçün saxladılarkən sərxoş olduğundan tibb müyinədən keçirilmiş və orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu ifadəsində bildirdi ki, sərxoş olmamışdır. Protokolun təmin olunmamsını xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən TTYS –nin baş həkimi X4 bildirdi ki, Şəxs oğlu TTYS –nin həkimi (narkoloq) X2 tərəfindən sərxoşluğa görə tibbi müayinədən keçirilərkən orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Bu barədə 29.11.2021-ci il tarixli 1598 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən TTYS –nin həkimi (narkoloq) X2 bildirdi ki, Şəxs oğlunu sərxoşluğa görə tibbi müayinədən özü keçirmişdir və orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Məhkəmə baxışında təqdim olunmuş video görüntüdən Şəxs oğlunu sərxoş olması müəyyən edilir. Məhkəmə işdə iştirak edən şəxslərin ifadələrini dinləyib, iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibi vardır. Belə ki, inzibati materiala əlavə edilmiş 01.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 29 noyabr 2021- ci il tarixdə, saat 22:23 radələrində Bərdə şəhər Bakı küçəsində Bərdə rayonu Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X6 oğlu tərəfindən saxlanılmış və yoxlama zamanı Şəxs oğlunun avtomobili sərxoş halda idarə etdiyi müyyən olunmuşdur. İnzibati materiala əlavə edilmiş 29.11.2021-ci il tarixli 1598 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs oğlu sərxoşluğa görə tibbi müayinədən keçirilərkən orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti Bərdə Rayon Polis Şöbəsinə və inzibati xəta törətmiş Şəxs oğluna təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar