Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-4/2023 05.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, X12 Polis Şöbəsinin polis baş inspektoru X2, X1, Barəsində inzibati icraat aparılan Şəxsun iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı 04 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 noyabr 2022-ci il tarixdə saat 18:28 radələrində idarə etdiyi “Priora” markalı, **-ML-*** saylı dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə şəhəri, Koroğlu küçəsi ilə Sabir küçəsinin kəsişməsinə doğru hərəkətdə olan zaman yol ayrıcında quraşdırılmış işıqforun sarı işığının tələbinə məhəl qoymayaraq hərəkətini dayandırnalı olduğu halda hərəkətini davam etdirmiş və sonuncunun avtomobili ilə sağ tərəfdən hər iki qapıların orta hissəsindən ehtiyatsızlıqdan toqquşmuşdur. İş materiallarından görünür ki, Şəxs barəsində 04 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında X12 Polis Şöbəsinin polis baş inspektoru X6 bildirdi ki, X5 04 noyabr 2022-ci il tarixdə saat 14:28 dəqiqədə ayıq vəziyyətdə idarə etdiyi “Vaz 2107” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə-Tər-Tər yolunun Bərdə şəhər Koroğlu küçəsi ilə Sabir küçəsinin kəsişməsinə daxil olarkən işıqforun sarı rəngli tələbinə məhəl qoymayaraq hərəkətini dayandırmalı olduğu halda hərəkətinə davam edərək Bərdə şəhəri Sabir küçəsinə dönmək üçün sola dönmə manevri etmiş, həmin vaxt Bərdə-Tər-Tər yolunun Bərdə şəhər Koroğlu küçəsi ilə Sabir küçəsinin kəsişməsinə doğru hərəkətdə olan zaman yol ayrıcında quraşdırılmış işıqforun sarı işığının tələbinə məhəl qoymayaraq hərəkətini dayandırnalı olduğu halda hərəkətini davam etdirmiş və sonuncunun avtomobili ilə sağ tərəfdən hər iki qapıların orta hissəsindən ehtiyatsızlıqdan toqquşmuşdur. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs bildirdi ki, protokol barəsində əsasız tərtib edilmişdir, beləki o yol hərəkəti qaydalarını pozmamış, hərəkətdə olduğu zaman Vaz 2107” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil onun qarşısına çıxmışdır. Hadisə zamanı onun arvadı X7 xəsarət almışdır. Məhkəmə iclasında X1 bildirdi ki, Bərdə şəhəri Koroğlu küçəsində hərəkətdə olduğu zaman Ayaq körpüsü adlı yerin yaxınlığında svetoforun yaşıl işığının sönməsinə 2 saniyə qaldığını görmüş, lakin qarşıdan gələn avtomobili görməmiş və sola dönmə manevri etmək üçün yol ayrıcına daxil olmuş və “Priora” markalı avtomobil ona məxsus avtomobilin sağ qabaq və arxa qapılarına çırpılmışdır. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) icraata qəbul edilmədən Bərdə rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmış, baş vermiş hadisə tam araşdırılmamış, zərərçəkmiş şəxsin hərəkətləri araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İşdən isə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 04 noyabr 2022-ci il tarixdə saat 18:28 radələrində idarə etdiyi “Priora” markalı, **-ML- *** saylı dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə şəhəri, Koroğlu küçəsi ilə Sabir küçəsinin kəsişməsinə doğru hərəkətdə olan zaman yol ayrıcında quraşdırılmış işıqforun sarı işığının tələbinə məhəl qoymayaraq hərəkətini dayandırnalı olduğu halda hərəkətini davam etdirmiş və sonuncunun avtomobili ilə sağ tərəfdən hər iki qapıların orta hissəsindən ehtiyatsızlıqdan toqquşduğu qeyd edilsədə, hazırki iş üzrə, protokol düzgün tərtib olunmamış, iş materiallarına həmin sənədlər və görüntülər əlavə edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair X12 Polis Şöbəsi tərəfindən tərtib edilmiş, inzibati xəta haqqında protokolonu tərtib etmiş orqana Bərdə X3ytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X12 Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiala əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş X12 Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-4/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-4/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver