Məhkəmə qərarları › İş №3(021)-40/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-40/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-40/2024 30.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin 18 sentyabr 2023-cü tarixli, MN № ******* nömrəli qərarından şikayətçi X4 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin 18 sentyabr 2023-cü tarixli, MN № ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-in 264.0.1-ci maddəsi ilə təqsirli bilinib, 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan X4 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 təbii sərvətlər idarəsinin 18 avqust 2023-cü tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolun və 18 sentyabr 2023-cü tarixli, MN № ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 Təbii Sərvətlər İdarəsi ona xx.xx.2023-ci il tarixdə ******* saylı protokol yazaraq İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulan guya inzibati xəta törətməsi barədə İXM-nin 114, 117 maddələrini rəhbər tutaraq ona 600 manat cərimə növü tətbiq edilmişdir. Həmçinin də sözgedən protokola xx.xx.2023-ci il tarixli, MN № ******* saylı qərar qəbul etmişdir. Hesab edir ki, sözgedən qərar və protokol ləğv edilməlidir. Belə ki, sözgedən protokol və qərar əsassız yazılıb çünki onun iştirakı yoxdur. Onun belə bir protokoldan və qərardan məlumatı olmayıb. Protokol yazılarkən heç bir şahiddən istifadə etməyiblər. Göstəriblər ki, guya o, protokola imza etməkdən imtina etmişdir. Bu tamamilə yalandır. Hesab edir ki, qərarın və protokolun ləğv edilməsi üçün kifayət qədər əsaslar var. Ona görə də hesab edir ki, sözügedən qərar və protokol ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində bildirilir ki- Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bərdə Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 3(021)-1642/2023 nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin 18 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-696/2023 nömrəli qərarı ilə Apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 3(021)-1642/2023 nömrəli qərarının ləğv edilməsi, inzibati xəta haqqında materialın yenidən baxılması üçün Bərdə Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazimi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin 18 sentyabr 2023-cü tarixli, MN № ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında material yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AA0688304 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 – xx.xx.1954-cü ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hacallı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli, 195 nömrəli arayışından görünür ki, X1 rayonu, Hacallı kəndində yaşayır. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin məlumat vərəqəsindən görünür ki, 18 sentyabr 2023-cü tarixli, MN № ******* nömrəli qərarın icrası üçün X3 məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 təbii sərvətlər idarəsinin rəis əvəzi X6 inzibati tənbeh vermə haqqında 18 sentyabr 2023-cü tarixli, MN № ******* nömrəli qərarın surətindən görünür ki, X4 İXM-nin 264.0.1-ci maddəsinə əsasən 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə tənbehi edilmişdir. İXM-in 264.0.1-ci maddəsinə əsasən, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, X4 barəsində şikayət verilən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilərək yenidən araşdırma üçün onu qəbul edən səlahiyyətli orqana göndərilməlidir. Belə ki, barəsində inzibati tənbeh tətbiq edən X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən çağırılması, yəni onun iştirakı barədə bildirişin Yelmar Abdulrəhimova çatdırılması barədə iş materialında hər hansı sənəd olmadığından məhkəmə qeyd edir ki, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati araşdırmanın gedişində Yelmar Abdulrəhimovun iştirakı təmin olunmamışdır, həmçinin protokolun surətinin və barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ona verilməsinə və onun hüquq və vəzifələrinin izah edilməsinə dair hər hansı sübut iş materiallarında mövcud deyil və səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iş materiallarında yalnız bir ədəd fotoşəklin surəti mövcuddur ki, həmin şəkildən su obyektinin çirklənməsi və su resurslarına ziyan vurulması, Yelmar Abdulrəhimovun su obyektinə çirkab sular və tullantılar axıdıb-axıtmaması və nəticədə İXM-in 264.0.1-ci maddəsinə əsasən, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi inzibati xəta tərkibinin əlamətlərini müəyyən etmək və aşkar etmək mümkün olmur. İXM-də isə hakimin yerində müayinə aparmaq kimi bir səlahiyyəti nəzərdə tutulmadığına və inzibati tənbeh tətbiq edən orqanın şəxsin inzibati xəta törətməkdə təqsirini sübut etmə vəzifəsi olduğundan məhkəmə hesab edir ki, səlahiyyətli orqan lazımi və mötəbər sübutlarla X2 İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətanı törətməsini sübuta yetirə bilməmiş və beləliklə də Yelmar Abdulrəhimovun həmin xətanı törətməkdə təqsiri sübut edilmir. Belə olduğu halda yuxarıda göstərilən halların araşdırılması məqsədi ilə məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin 18 sentyabr 2023-cü tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 Təbii Sərvətlər İdarəsinə qaytarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə şikayətin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi ilə bağlı hissəsinə münasibət bildirirərək qeyd edir ki, İXM-də şəxslərin barəsində çıxarılmış inzibati xəta haqqında (inzibati tənbehvermə) haqqında qərardan şikayət vermək səlahiyyətini nəzərdə tutmuşdur. Buna görə məhkəmə həmin hissədə şikayəti təmin etmir. Belə ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulması; Şərh olunanlar əsasən və İXM-in 133, 134, 135 və 136 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 Təbii Sərvətlər İdarəsinin X4 barəsində qəbul edilmiş 18 sentyabr 2023-cü tarixli, MN № ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün onu qəbul edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X9 Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar