Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-40/2025 11.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs X3, barəsində X13 iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X6 iştirаkları ilə, xx.xx.1999-cu ildə Ağcəbədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcəbədi rayonu Rəncbərlər kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş X13 materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci il tarixdə Stansiya mingəçevir-Bəhramtəpə yolunun 60-cı kilometrliyində uca səslə nəlayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmadığı üçün Bərdə rayon Polis şöbəsində 11 yanvar 2024-cü il tarixdə İXM-in 510 və 535.1-ci mаddələri ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində X13 MN № ******* saylı prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X9 izahatında göstərdi ki, 10 yanvar 2025-ci il tarixdə saat 09:25 radələrində polis əməkdaşları Stansiya Mingəçevir-Bəhramtəpə yolunun 60-cı kilometrliyində xidmətdə olan zaman “Qaz 33021” Yük markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobildə konstuksiya dəyişikliyi və kustar üsulla hazırlanmış yan pərdələrin olduğu polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Polis əməkdaşları həmin şəxsə saxla işarəsi verib şəxsə yaxınlaşıb özünü təqdim edib həmin şəxsdən avtomobilin sənədlərini tələəb etsələr də o sənədlərinin üzərində olmadığını bildirmişlər. Polis Əməkdaşları həmin şəxsə Yol hərəkəti haqqında qanunun 37-ci maddəsinin tələblərini izah edib və həmin maddənin tələblərini pozduğunu bildirmişlər. Sürücü bununla razılaşmayaraq şəxsi telefonu ilə polis əməkdaşlarını çəkməyə başlamış, həmin şəxs barəsində X13 protokol tərtib edən zaman aqressiya göstərərək ona protokolun yazılmamağını və polis əməkdaşının üzərində olan kameranı əli ilə vuraraq yerə salmışdır. Polis əməkdaşları onu nizam intizama dəvət etsələr də lakin o, polisin tələbinə qəsdən tabe olmadığı üçün Bərdə Rayon Polis X7 ilə əlaqə saxlayaraq həmin əraziyə əlavə kömək çağıraraq onun polis şöbəsinə gətirilməsini təmin etmişlər. Sonradan məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Barəsində protokol tərtib edərək məhkəməyə gətirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs izahatında göstərmişdir ki, 10 yanvar 2025-ci il tarixdə polis əməkdaşları onu saxlayaraq ondan sənədlərini təqdim etməyi tələb etdilər. O isə sənədlərin atasında olduğu üçün polis əməkdaşlarına sənədlərin üstündə olmadığını, portala baxmaqlarını bildirmişdir. Polis əməkdaşları ondan bir neçə dəfə sənədlərini tələb etmiş, sonra isə ona qışqırmağa başlamışlar. O isə telefonu götürüb zəng etmək istəyərkən lakin polis əməkdaşları ona güya çəkiliş etmək istədiyini bildirərək onu sillə ilə vurmuşdur. Polis əməkdaşları onu sillə ilə vurduqlarına görə söyüş söymüşdür. Söyüş söydüyü üçün peşiman olmasını bildirərək məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs müdafiəçisi olan Bərdə rayon Vəkil Bürosunun vəkili X2 Qəhrəmanovun əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 10 yanvar 2025-ci il tarixdə saat 09:25 radələrində Stansı Mingəçevir-Bəhramtəpə yolunun 60-cı kilo metirliyində xidmətdə olan zaman “Qaz33021111 Yük markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobildə konstuksiya dəyişikliyi və kustar üsulla hazırlanmış yan pərdələrin olduğu aşkar edilmişdir. həmin şəxsə saxla işarəsi verib şəxsə yaxınlaşıb özünü təqdim edib həmin şəxsdən avtomobilin sənədlərini tələb etsələr də o sənədlərini təqdim etməkdən imtina etmişdir. Sonradan Şəxs atası gələrək onlara oğlunu aparacağını onların isə maşını aparmağını bildirmişdir. Orxan kənara çəkilərək telefonu ilə polis əməkdaşlarını çəkməyə başlamış, Orxana çəkiliş aparmamasını bildirsə də Orxan çəkiliş aparmaqda davam etmiş, Həmin şəxs barəsində X13 protokol tərtib edən zaman aqressiya göstərərək ona protokolun yazılmamağını və polis əməkdaşının üzərində olan kameranı əli ilə vuraraq yerə salmışdır. Polis əməkdaşları onu nizam intizama dəvət etsələr də lakin o, polisin tələbinə qəsdən tabe olmadığı üçün Bərdə Rayon Polis X7 ilə əlaqə saxlayaraq həmin əraziyə əlavə kömək çağıraraq onun polis şöbəsinə gətirilməsini təmin etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, Şəxs onun oğludur. Mal bazarından çıxıb aptekə getmişdir. Həmin vaxt arxadan siqnal səsi eşitmiş polis əməkdaşlarını olduğunu görmüşdür. Polislərə nə hadisə baş verdiyini soruşmuş, polis əməkdaşları isə ona onun maşınını saxlatmadıqlarını bildirmişdir. O aptekə daxil olmuş, aptekdən polis əməkdaşlarının oğlunu çəkişdirirlər. Onlara yaxınlaşıb nə baş verdiyini soruşmuş, oğluna maşını qoyub getməyi bildirmiş, bu vaxt polis əməkdaşları oğlunu döyməyə başlamışdır. Polislərdən nə istədiklərini soruşduqda polislər maşının sənədlərini tələb etdiklərini bildirmişdir.Oğlu həmin vaxt mobil telefon vasitəsilə çəkiliş aparmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs AR.İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Həmçinin, onun əməlində İXM-in 535.1-ci mаddəsinin tərkibi olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X9 tərəfindən tərtib edilmiş 11 yanvar 2025-ci il tarixli MN № ******* nömrəli X13 protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Stansiya mingəçevir-Bəhramtəpə yolunun 60-cı kilometirliyində uca səslə nəlayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan 11 yanvar 2025- ci il tarixli inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, Bəhlul Vəliyev və Şərif İsgəndərov iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 11 yanvar 2025- ci il tarixli inzibati qaydada tutma haqqındqa protokoldan görünür ki, Şəxs 10 yanvar 2025-ci il tarixdə saat 11:45-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 10 yanvar 2025-ci il tarixli, İXP ******* nömrəli X13 Protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AR.İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin, İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddəyə əsasən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-cü il tarixdə Stansiya Mingəçevir-Bəhramtəpə yolunun 60-cı kilometirliyində ucadan nalayiq söyüşlər edib ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir, lakin onun əməlində polisin qanuni tələbinə qəsdən tabe olmamaqla bağlı inzibati xətanın tərkibi yoxdur. Çünki, həmin hissədə şəxsin inzibati xəta törətməsi iş materialları ilə sübut olunmur. Belə ki, nə polis əməkdaşı, nə də inzibati xəta törədən şəxs izahatında polisə tabe olmamağı qeyd etməmişdir. Belə olan halda inzibati xəta törədən şəxs Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində İXM-in 535.1-ci maddəsinin tərkibi olmadığından başlanmış X13 iş üzrə icraata həmin hissədə xitam verilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X13 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X13 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən X13 işə baxılarkən çıxarılan qərarlardan biri də X13 iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda X13 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-1-ci maddəsinə qeyd edilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Şəxs AR. İXM-in 510-cu maddəsi ilə təqsirli bilinib, bаrəsində 50 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi ilə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə başlanmış X13 iş üzrə icraata həmin əməlin inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs barəsində inzibati cərimə tənbehi tətbiq edildiyindən və o, 30 noyabr 2024-cü il tarixdən inzibati qaydada tutulduğundan dərhal məhkəmə iclas zalından azad edilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından həmin hissədə X13 iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərаrın icrаsı Ağcəbədi rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə və protokol tərtib edən şəxsə, zərərçəkmiş şəxsə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-40/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-40/2025
11.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver