Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-401/2023 15.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə, 06 mart 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsi 28-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 02 noyabr 2022-ci il tarixli İXP-5008040 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 08 iyul 2022-ci ildə 400 manat cərimə olunmuş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. Protokol və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, 02 noyabr 2022-ci il tarixli İXP-5008040 saylı inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olmuş 08 iyul 2022-ci il tarixli TP-5118191 saylı inzibati tənbeh vermə haqqında qərar Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 3(003)- 1123/2022 saylı qərarı ilə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 3(003)- 1123/2022 saylı qərarından görünür ki, şikayət təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Bərdə rayonu Yol Patrul Xidməti Baş inspektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İXM-nin: 53.1.5-ci maddəsinə görə, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində 02 noyabr 2022-ci il tarixli İXP-5008040 saylı inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olmuş 08 iyul 2022-ci il tarixli TP-5118191 saylı inzibati tənbeh vermə haqqında qərar Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 3(003)-1123/2022 saylı qərarı ilə ləğv edildiyindən və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verildiyindən, Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəld edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-401/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-401/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver