Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-403/2021 25.03.2021 Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclas katibi X8, Bərdə rayon Polis X2 Bölməsinin sahə rəisi Abbasov Zabil Baxış oğlunun, Zərərçəkmiş şəxslər X4, X18 oğlu və X7, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, 01 iyul '1989-cu ildə Bərdə şəhərində doğulmuş, orta təhsilli, işləməyən, subay, Bərdə şəhəri, Ə.Ədilov küçəsi ev 94 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İş materiallarından görünür ki Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 mart 2021-ci il tarixdə Bərdə rayonu Samux kənd sakini X1 aldadaraq 78 manat pulunu mənimsəmişdir. Bundan başqa, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğTLL 21 mart 2021-ci il tarixdə Bərdə rayonu Cəyirli kəndində yaşayan X5 100 manat məbləğində pulunu dələduzluq yolu ilə mənimsəmişdir Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Tacəddin oğlu 22 mart 2021-ci il Bərdə rayonu Samux kənd sakini X20 qızını aldadaraq 172 manat pulunu mənimsəmişdir. Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Tacəddin oğlu 21 mart 2021-ci il tarixdə Bərdə rayonu Samux kənd sakini Cəfərov Ümüdvar oğlunu aldadaraq 88 manat pulunu mənimsəmişdir. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokollar tərtib etmiş Bərdə rayon Polis X2 Bölməsinin sahə rəisi, polis mayoru Abbasov Zabil Baxış oğlu izahat yerib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol Sadıqov Mirsadiq Tacəddin/Oğlunun 21 mart 2021-ci il tarixdə Bərdə rayonu Samux kənd sakini Mehribanova, Yegane Fəxrəddin qızını aldadaraq 78 manat pulunu mənimsəmə səbəbindən, MN 1093433/isaylı jniibati xəta haqqında inzibati xəta haqqında protokol Şəxs Tacəddin oğlunun 2t: mart 2021-ci il tarixdə Bərdə rayonu Cəyirli kəndində yaşayan Məmmədo\). Əlqələm Çoban oğlunun 100 manat məbləğində pulunu dələduzlq yolu ilə mənimsəmə səbəbindən, MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 22 mart 2021-ci il Bərdə rayonu Samux kənd sakini X9 aldadaraq 172 manat pulunu mənimsəmə səbəbindən, oğlunu aldadaraq 88 manat pulunu mənimsəmə səbəbindən tərtib edilmişdir. Bundan başqa bir çox əməllərdə də Şəxs şübhələnir. Lakin hal-hazırda araşdırma gedir. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X10, X11, X14 bildirdilər ki, onlara vurulmuş ziyan ödənilməmişdir. Barəsidə inzibati icraat aparılan Şəxs ağır tənbeh verilməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, sadalanan talama əməllərini törətmişdir. Əməlini etiraf edir və əməlindən peşmandır. Lakin vurulmuş ziyanları ödəməyə imkanı çatmır. Ona yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytinantı X12 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 23 mart 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmı ş HK-1/832 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 21 mart 2021-ci il tarixdə Bərdə rayonu Samux kənd sakini X1 aldadaraq 78 manat pulunu mənimsəmiş şəxsin gələcəkdə tapılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün gəbul edilmiş qərarın bir sürəti şöbənin X3 verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X13 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 23 mart 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1/830 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 21 mart 2021-ci il tarixdə Bərdə rayonu Cəyirli kəndində yaşayan X5 100 manat məbləğində pulunu dələduzlq yolu ilə mənimsəmiş şəxsin gələcəkdə tapılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün gəbul edilmiş qərarın bir sürəti şöbənin X3 verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X13 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 23 mart 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1/829saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs 22 mart 2021-ci il Bərdə rayonu Samux kənd sakini X9 aldadaraq 172 manat pulunu mənimsəmişdir şəxsin gələcəkdə tapılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün gəbul edilmiş qərarın bir sürəti şöbənin X3 verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytinantı X12 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 23 mart 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1/831 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs 21 mart 2021-ci il tarixdə Bərdə rayonu Samux kənd sakini Cəfərov Ümüdvar oğlunu aldadaraq 88 manat pulunu mənimsəmiş şəxsin gələcəkdə tapılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün gəbuLedilmiş qərarın bir sürəti şöbənin X3 verilməsi qurara alınmışdır. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaJarÇ-dipləyərək, belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və bu səbəblə də o, inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs 21 mart 2021-ci il tarixdə Bərdə rayonu Samux kənd sakini X1 aldadaraq 78 manat pulunu , 21 mart 2021-ci il tarixdə Bərdə rayonu Cəyirli kəndində yaşayan Məmmədov Əlqələm Ç ' məbləğində pulunu, 22 mart 2021-ci il Bərdə rayonu Samux kənd sakini X9 aldadaraq 172 manat pulunu, 21 mart 2021-ci il tarixdə Bərdə rayonu Samux kənd sakini Cəfərov Ümüdvar oğlunu aldadaraq 88 manat pulunu dələduzlq yolu ilə mənimsəyərək Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, protokol tərtib etmiş polis əməkdaşlarının və zərərçəkmiş şəxslərin izahatları, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1 -ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onun yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq deyildir—^ Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs törətdiyi hər bir xırda talama xətası üzrə təqsirli bilinərək barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan Şəxs təyin edilmiş inzibati .həbs tənbehləri, qjsrpən toplanılmaqla, ona qəti olaraq 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati vicraat aparılan Şəxs məhkəmə iclas zalından dərhal HsəÜjsə alınsın. İp?ibati həbs etmənin əvvəli 23 mart 2021 -ci il tarixdən saat 21:30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-403/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-403/2021
25.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver