Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-403/2022 03.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta törətmiş şəxsin vəkili Vəkil iştirakı ilə xx xxxx 1975-ci ildə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, subay, Bərdə şəhəri, A.Əhmədov küçəsi məhəllə 10, ev 4-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 27 fevral 2022-ci il tarixdə saat 17 radələrində Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən “İmamzadə” qəbristanlığında mərhum Yalçın İsgəndərovun məzarının kənarında quraşdırılmış dəmir barmaqlıqları 45 manat dəyərində bir ədəd dəmir qapısını oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verib bildirmişdir ki, narkotik vasitə aludəçisidir. Heç bir yerdə işləmədiyindən narkotik vasitəyə olan tələbatını xırda oğurluq etməklə ödəyir. 27 fevral 2022-ci il tarixdə saat 17 radələrində Bərdə rayon “İmamzadə” qənbristanlığında dəmir toplayarkən orada olan qəbirlərin birinin dəmir barmaqlıqlarından ibarət olan qapısını oğurlamış və dəmir qəbulu məntəqəsinə satmışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X2 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 03 mart 2022-ci il tarixli qərarından müəyyən olunur ki, X1 müraciəti əsasında toplanmış HK-1-835 saylı material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinin İTB-nə verilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında MN ******* saylı protokol və Bərdə rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarı ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 02 mart 2022-ci il tarixli MN ******* saylı protokoldan müəyyən edilmişdir ki, Şəxs 02 mart 2022-ci ildə saat 1445-də tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 02 mart 2022-ci il tarixdən saat 1445-dən hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 227, 360, 362- 365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 01(bir) ay müddətə inzibati tənbeh növündə həbs edilsin. İnzibati həbs etmənin əvvəli 02 mart 2022-ci il tarixdən saat 1445-dən hesablansın. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-403/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-403/2022
03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver