Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-406/2021 28.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Şəxs barəsində ******* saylı 11 sentyabr 2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib edərək Bərdə Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında materaildan görünür ki, Şəxs 28400.30 avro məbləğində olan vəsaiti Bank hesabından 31 oktyabr 2018-ci ildə ölkədən kənara qabağcadan ödəniş etməklə köcürmüşdür. Ödəniş aparıldığı vaxtdan 270 gündən artıq müddət keçməsinə baxmayaraq 4723.37 avro məbləğində vəsait hesabına alıənan malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabağcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bərdə Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli 3(021)-983/2019 saylı qərarı ilə Şəxs Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsli bilinib, barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi beş faizi məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilmişdir. Həmin qərardan barəsində inzibati icraat aparılan Şəxs şikayət verərək Bərdə Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli 3(021)-983/2019 saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-33/2021 saylı 19 yanvar 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Bərdə Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli 3(021)-983/2019 saylı qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati icraat aparılan Şəxs və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Barəsində inzibati icraat aparılan Şəxs nümayəndəsi teleqram göndərərək bildirmişdir ki, səhhəti ilə əlaqədar iclasda iştirak edə bilməyəcək, şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü madəsinə əsasən işə Şəxs və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Şəxs barəsində ******* saylı 11 sentyabr 2019-cu il tarixli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə qərarın 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi idxal edilməyən malların və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri üçün 10.000 ABŞ dolları ekvivalenti məbləğində hədd müəyyən edilmişdir. Şəxs barəsində olan inzibati xətanın obyekti 4723.37 avro təşkil etmişdir. İdxal edilməyən malların və ya geri qaytarılmayan məbləğin qalıq dəyərinin 4723.37 avro təşkil etməsi Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibini yaratmır. Odur ki, inzibati xəta haqqında materialın icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və 130-cu maddələrini əldə rəhbər tutub QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-406/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-406/2021
28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver