Məhkəmə qərarları › İş №3(021)-407/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-407/2021

14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-407/2021 14.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2, Bərdə rayon X11 Yol Polis bölməsinin yol patrul xitmətinin inspektorları, polis baş serjantı X13 oğlu və polis baş serjantı X3 iştirakları ilə, 01 yanvar 1983-ci il tarixdə Bərdə rayonu, Kətəlparaq kəndində doğulmuş, ali təhsilli, Bank Respublikada işləyən, evli, Bərdə rayonu, Kətəlparaq kəndində yaşayan X2 Bərdə rayon X11 Yol Polis bölməsinin yol patrul xitmətinin inspektoru, polis baş serjantı X13 oğlu tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 25.03.2021-ci il tarixdə İXP ******* saylı protokoldan verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİ Bərdə Rayon Məhkəməsinə X2 barəsində olan inzibati xəta haqqında 25 mart 2021ci il tarixdə İXP ******* saylı protokoldan verdiyi şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 25 mart 2021-ci il tarixdə saat 18:40 radələrində Bərdə şəhəri Heydər Əliyev prospekti hərəkətdə olan zaman Dovlət Yol Patrul Xidmətinin əməkdaşı X9 onu saxlayaraq avtomaşının cərimə meydançasına aparılmalı olduğunu bildirmişdir. Onun barəsində protokol tərtib olunduğunu söyləmişdir. Bundan sonra o, protokolda xəbərsiz olduğunu bldirsə də, polis əməkdaşları ona qarşı kobuduq etmişlər. Polis əməkdaşları onu ictimaiyyət içində təhqir etmişlər və bunda sonra telefon ilə danışığını əsas gətirərək ona İnzibati Xətalar Məcəlləsinin 342.6-cı madddəsinə uyğun olaraq protokol tərtib etmişlər. Həmin protokol əsassız olduğundan onun ləğv edilməsini xahiş məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkmə iclasında Bərdə rayon X11 Yol Polis bölməsinin yol patrul xitmətinin inspektorları, polis baş serjantı X13 oğlu və polis baş serjantı X7 izahatlarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 həqiqətin də telefonla danışdığını qeyd edərək qanuni və əsaslı protokol tərtib etdikərini bildirərək, verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştiraçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan verilən şikayəti icraata götürərək baxmaq hazırda mümkün deyildir. Belə ki, mübahisələndirilən qərarın təqdim edilməməsi, inzibati xətaya dair işə baxılmasının nəticəsində hansı qərarın qəbul edilməsinin məlum olmaması, qanuniliyinin yoxlanılmasının mümkün olmaması inzibati xəta haqqında iş üzrə şikayətin icraata götürülməsini rədd edən hallardır. Odur ki, X2 oğlunun özünün barəsində olan inzibati xəta haqqında protokoldan verdiyi şikayət icraata qəbul edilə bilməz. Çünki qanunvericilik protokolda şikayət vermək üçü əsasları müəyyən etməmişdir. X1 izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldıraraq qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 25 mart 2021-ci il tarixdə İXP ******* saylı protokoldan verdiyi şikayət icraata qəbul edilməsin. X5 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldıraraq qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar