Məhkəmə qərarları › İş №3(021)-41/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-41/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-41/2025 15.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu, Şikayətçi (barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edilən şəxs) X5 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə məhkəmə baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edilən X5 məhkəməyə şikayət verərək barəsində İXM-in 447.0.3-cü maddəsi ilə Azərbaycan Respublikası Qida təhlükləsizliyi X1 Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 11 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə müvafiq qərardadla şikayətçi X3 geri qaytarılmalıdır. Belə ki, iş materiallarında X2 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Qida təhlükləsizliyi X1 Bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş MN ******* saylı, 11 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı nə zaman almasına dair sənəd və ya sübut mövcud deyildir. Qərardan şikayət isə 14 yanvar 2025-ci ildə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, inzibati tənbehvermə haqqında qərardan 10 günlük şikayət vermə müddəti ötürülmüşdür. Buna görə də şikayət geri qaytarılmalıdır. Yalnız, şikayət ərizəsi ilə birlikdə ötürülmüş qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatət şikayət verən tərəfindən təqdim edildiyi və müddətin ötürülməsinin üzürlü hesab edilməsinə dair dəlillər və sübutlar vəsatətə əlavə edildiyi təqdirdə şikayət ərizəsinə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd edilənləri və İXM-in 130-cu maddəsini nəzərə alaraq məhkəmə QƏRАRА АLDİ: X5 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar