Məhkəmə qərarları › İş №3(021)-410/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-410/2021

03.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-410/2021 03.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxslər X2 X8 iştirakı ilə xx xxxx 1989-cu ildə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, subay, Bərdə şəhəri, R.Axundov küçəsi ev 11-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 15 iyun 2020-ci il tarixdə Bərdə rayonu Lək kəndində yerləşən "xxxx" ASC-dən X7 100 manat pulunu ələ keçirmişdir. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 iyun 2020-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində X3 etibarından istifadə edərək 100 manat pulunu ələ keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verib bildirmişdir ki, 15 iyun 2020-ci il tarixdə Bərdə rayonu Lək kəndində yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısında olarkən X11 təqaüd kartını ona verərək bankomatdan pul çıxarılmasında ona köməklik etməsini xahiş etmiş, kartı bankomata salaraq kartdan 100 manat pul çıxarmış, daha sonra kartı Ağa Məmmədova qaytararaq kartında pul olmadığını bildirmişdir. Bundan başqa 23 iyun 2020-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində “Ruzi” marketin qarşısında olarkən X6 təqaüd kartından pul çıxarmaqda ona köməklik göstərilməsini xahiş etmiş, sonuncunun təqaüd kartını alaraq kartı bankomata salaraq kartdan 100 manat pul çıxarmış, daha sonra kartı Zülqədər Həsənzadəyə qaytararaq kartında pul olmadığını bildirmişdir. Zərərçəkmiş şəxslər ondan şikayətçi olmayacaqları halda pullarını hissə-hissə ödəyə biləcəyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 göstərmişdir ki, 25.06.2020-ci ildə pensiya kartından pul çıxarmaq üçün Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən Lək marketin qarşısında olan ATM-ə getmiş, kartdan pul çıxarmağı bacarmadığından Lək marketin qarşısında dayanmış Şəxs kartından pul çıxarmaqda ona kömək etməsini xahiş etmişdir. Şəxs kartı ondan alaraq kodunu soruşmuş, kartın kodunu sonuncuya bildirmişdir. Şəxs kartı bankomata salaraq pul keçmədiyini bildirmişdir. Sonuncuya inanaraq kartını götürüb getmişdir. 29.06.2020-ci ildə yenidən bankomata gedərək pulunu çıxarmaq istəmiş, kartından Şəxs tərəfindən 100 manat pul çıxarıldığını bilmişdir. Ona dəymiş ziyan ödənilmədiyindən sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 göstərmişdir ki, 23.06.2020-ci ildə "xxxx" ASC-yə məxsus plastik kartdan təqaüdünü çıxarmaq üçün Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində “Ruzi” marketin qarşısında yerləşən bankomata getmişdir. Növbə çox olduğundan təqaüd kartını ön sırada dayanmış Şəxs verərək pulunu çıxarıb verməsini xahiş etmişdir. Sonuncu kartını yoxlayaraq karta pul keçmədiyini bildirmiş və kartını özünə qaytarmışdır. Həmin gün başqa bir bankomata getmiş və ona məlum olmuşdur ki, kartından 100 manat pul çıxarılmışdır. Şəxs pulunu qaytarmadığından sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X5 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 08 iyul 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-2059 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X7 plastik kartından 100 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş naməlum şəxsin şəxsiyyətinin müəyyən olunaraq gələcəkdə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-nə verilmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X4 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 01 iyul 2020-ci il tarixli qərarından müəyyən olunur ki, X3 ərizəsi əsasında toplanmış HK-1-1987 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti rayon polis şöbəsinin İTB-nə təqdim olunmuşdur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, zərərçəkmiş şəxsləri dindirib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında protokollar və Bərdə rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Şəxs törətdiyi inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi üç ay olduğundan sonuncunun barəsində törətdiyi hər inzibati xətaya görə 30 gündən az cəza təyin edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında 03 aprel 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Şəxs 03 aprel 2021-ci ildə saat 1200-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 227, 360, 362- 365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 3(021)-409/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün, 3(021)-410/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün müddətə inzibati tənbeh növündə həbs edilsin. Şəxs üzərində qəti olaraq 01(bir) ay 05(beş) gün müddətə inzibati tənbeh növündə həbs saxlanılsın. İnzibati həbs etmənin əvvəli 03 aprel 2021-ci il tarixdən saat 1200-dan hesablansın. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar