Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-410/2022 10.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X9, X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs Abdurrəhman oğlunun iştirakları ilə, xx xxxxxx 1965-ci il tarixdə Bərdə rayonu Mollagülər kəndində doğulmuş, orta təhsilli, işsiz, evli, Bərdə rayonu Mollagülər kəndində yaşayan barəsində inzibati icraat Şəxs Abdurrəhman oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı 10 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, İsgəndərov X6 Apellyasiya Məhkəməsinin 2(104)-2801/2020 saylı, 20 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən borcludan icra sənədində qeyd edilən sənədlər alınaraq tələbkar X4 verilməlidir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X12 göstərdi ki, İsgəndərov X6 Apellyasiya Məhkəməsinin 2(104)-2801/2020 saylı, 20 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs Abdurrəhman oğlundan Bərdə rayon Mollagüllər Bələdiyyəsinə məxsus: vergi ödəyiciləri ilə hesablaşmaların uçot kitabı, baş kitab və bütün hesablar üzrə hesablaşmaların uçot kitabı, əmək haqqının uçot kitabı, icarəyə verilmiş torpaq sənədlərinin bir hissəsinin və pay torpaqları həyatyani, əmlak vergisi ilə bağlı sənədləri, bələdiyyə əmlakının uçot kitabı və bələdiyyəyə aid olan xeyir-şər mağarı və içinin ləvazimatları, yəni 20 ədəd stol və 40 ədəd stul, bələdiyyə mülkiyyətinə aid torpaqların dövlət aktı kitabı alınaraq, iddiaçı X4 verilməlidir. İcra sənədi Bərdə Rayon İcra və Probasiya Şöbəsinə 18 oktyabr 2021-ci il tarixdə daxil olub, icraata başlanılmış, tərəflərə məlumat verilmişdir. Tərəflər İcra və Probasiya Şöbəsində olmuşdur. Borclu hər dəfə bildirmişdir ki, həmin kitablar məhv edilib, oda onları qarşı tərəf təhvil verə bilməyib. Məhkəmədən barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X5 bildirdi ki, ona təhvil verilən sənədlər 2015-2019-cu ilə dək olan sənədlərdi, xeyir-şər mağarı kən camaatının istifadəsində olub, yararsız vəziyyətə düşüb. Şəxs Abdurrəhman oğlunun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abdurrəhman oğlu məhkəmədə ifadə verib göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2801/2020 saylı, 20 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs Abdurrəhman oğlundan Bərdə rayon Mollagüllər Bələdiyyəsinə məxsus: vergi ödəyiciləri ilə hesablaşmaların uçot kitabı, baş kitab və bütün hesablar üzrə hesablaşmaların uçot kitabı, əmək haqqının uçot kitabı, icarəyə verilmiş torpaq sənədlərinin bir hissəsinin və pay torpaqları həyatyani, əmlak vergisi ilə bağlı sənədləri, bələdiyyə əmlakının uçot kitabı və bələdiyyəyə aid olan xeyir-şər mağarı və içinin ləvazimatları, yəni 20 ədəd stol və 40 ədəd stul, bələdiyyə mülkiyyətinə aid torpaqların dövlət aktı kitabı alınaraq, iddiaçı X4 verilməsi, Şəxs Abdulrəhman oğlundan 10 manat dövlər rüsumu alınaraq, X4 verilməlidir. Onda olan sənədləri verib. Xeyir-şər mağarını şəxsən şahidlərlə qaytarıb. Məhkəmədən ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2801/2020 saylı, 20 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs Abdurrəhman oğlundan Bərdə Rayon Mollagüllər Bələdiyyəsinə məxsus olan vergi ödəyiciləri ilə hesablaşmaların uçot kitabı, baş kitab və bütün hesablar üzrə hesablaşmaların uçot kitabı, əmək haqqının uçot kitabı, icarəyə verilmiş torpaq sənədlərinin bir hissəsinin və pay torpaqları həyətyani, əmək vergisi ilə bağlı sənədləri bələdiyyə əmlakının uşot kitabı və bələdiyyəyə aid olan xeyir-şər mağarı və içinin ləvazimatları, yəni 20 ədəd stol və 40 ədəd stul, bələdiyyə mülkiyyətinə aid torpaqlarının dövlət aktı kitabı alınaraq, iddiaçı X3 verilməlidir. Şəxs Abdurrəhman oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, icra məmurunun izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN1057973 nömrəli 10 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi gərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsini tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın odur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə rarşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanistana qarşı” işində bu prinsipi belə vurğulamışdır:”...Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs Abdurrəhman oğlunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs Abdurrəhman oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların icra etmədikdə, yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs Abdurrəhman oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, İsgəndərov X6 Apellyasiya Məhkəməsinin 2(104)-2801/2020 saylı, 20 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs Abdurrəhman oğlundan Bərdə Rayon Mollagüllər Bələdiyyəsinə məxsus olan vergi ödəyiciləri ilə hesablaşmaların uçot kitabı, baş kitab və bütün hesablar üzrə hesablaşmaların uçot kitabı, əmək haqqının uçot kitabı, icarəyə verilmiş torpaq sənədlərinin bir hissəsinin və pay torpaqları həyətyani, əmək vergisi ilə bağlı sənədləri bələdiyyə əmlakının uşot kitabı və bələdiyyəyə aid olan xeyir-şər mağarı və içinin ləvazimatları, yəni 20 ədəd stol və 40 ədəd stul, bələdiyyə mülkiyyətinə aid torpaqlarının dövlət aktı kitabı alınaraq, iddiaçı X3 verilməlidir. Şəxs Abdurrəhman oğlunun 2015-ci il tarixdən 2019-cu il tarixədək sənədlərinin qaytardığını nəzərə alaraq məhkəmə hesab edir ki, X7 cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs Abdurrəhman oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRAR ALDİ İsgəndərov X6 Apellyasiya Məhkəməsinin 2(104)-2801/2020 saylı, 20 noyabr 2020-ci il tarixli icra sənədinə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-410/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-410/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver