Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-411/2022 10.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta törətmiş şəxsin vəkili X2, zərərçəkmiş şəxs X5 iştirakı ilə xx xxx 1998-ci ildə Tərtər rayonu Leninabad kəndində anadan olmuş, orta təhsilli, işləməyən, subay, Tərtər rayonu Ələsgərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 23.01.2022-ci il tarixdə X3 məxsus avtomaşından 1 ədəd Redmi Not 8 markalı mobil telefonu oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verib bildirmişdir ki, 23.01.2022-ci il tarixdə X3 məxsus avtomaşından 1 ədəd Redmi Not 8 markalı mobil telefonu oğurlamış və 65 manata tanımadığı şəxsə satmışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 göstərmişdir ki, 23.01.2021-ci il tarixdə idarə etdiyi VAZ- 2107 markalı 09 BR-861 dövlət qeydiyyat nişanlı avtomaşınını Bərdə şəhəri “Böyük dairə”də, Sahibin marketinin qarşısında saxlayıb işıq kartına pul yükləmək üçün marketə getmiş, mobil telefonu isə maşının salonunda qalmışdır. Maşının qapılarının açıq olmasından istifadə edən Şəxs maşının salonunda olan bir ədəd Redmi not 8 markalı mobil telefonu oğurlamışdır. Ona dəymiş ziyan ödənilmədiyindən Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı X1 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 27 yanvar 2022-ci il tarixli qərarından müəyyən olunur ki, X4 ərizəsi əsasında toplanmış HK-1-290 saylı material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti İXM-nin 227-ci maddəsilə inzibati tədbir görülməsi üçün aidiyyəti üzrə rayon polis şöbəsinin İTB-nə təqdim edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, zərərçəkmiş şəxsi dindirib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, habelə inzibati xəta haqqında MN ******* saylı protokol və Bərdə rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarı ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 09 mart 2022-ci il tarixli protokoldan müəyyən edilmişdir ki, Şəxs 09 mart 2022-ci ildə saat 2010-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 09 mart 2022-ci il tarixdən saat 2010-dan hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 227, 360, 362- 365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 01(bir) ay müddətə inzibati tənbeh növündə həbs edilsin. İnzibati həbs etmənin əvvəli 09 mart 2022-ci il tarixdən saat 2010-dan hesablansın. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-411/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-411/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver