Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-415/2021 07.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Camalləddin oğlunun iştirakları ilə, xx.xx.1998-ci il tarixdə, Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Mirzəxan kəndində yaşayan Şəxs Camalləddin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs Camalləddin oğlu İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis şöbəsində 13 fevral 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Camalləddin oğlu 28.12.2020-ci il tarixdə Bərdə rayonu Türkmən kənd sakini Zərərçəkmiş şəxs Misir oğlunu döyərək ona sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X3 izahat verərək bildirdi ki, 28.12.2020-ci il tarixdə Bərdə rayonu Türkmən kənd sakini Zərərçəkmiş şəxs Misir oğlunu döyərək ona sağlamlığına zərər vurmayan xəsarət yetirmiş, həmin məlumat əsasında yığılmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra Şəxs Camalləddin oğlu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Camalləddin oğlu izahatında Zərərçəkmiş şəxs Misir oğlu ilə barışdığını bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Misir oğlu məhkəməyə ərizə verərək, bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Camalləddin oğlu ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Camalləddin oğlu barədə İXM-in 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon X2 Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 13 yanvar 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs Camalləddin oğlu barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ İTB-yə göndərilmişdir. Bərdə RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş 07.04.2021-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Camalləddin oğlu 28.12.2020-ci il tarixdə Bərdə rayonu Türkmən kənd sakini Zərərçəkmiş şəxs Misir oğlunu döyərək ona sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Camalləddin oğlu 28.12.2020-ci il tarixdə Bərdə rayonu Türkmən kənd sakini Zərərçəkmiş şəxs Misir oğlunu döyərək ona sağlamlığına zərər vurmayan xəsarət yetirdiyinə görə görə onun barəsində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında həm zərərçəkmiş şəxs, həm də barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə ərizə verərək barışdıqlarını bildirmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs Misir oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlar hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Camalləddin oğlu ilə barışmışdır. Hazırda heç bir şikayət və tələbi yoxdur. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Camalləddin oğlu vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsasən və İXM-in 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Camalləddin oğlu barəsində İXM-in 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-415/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-415/2021
07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver