Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-415/2022 11.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, müdafiəçi X5, zərərçəkmiş şəxs X1, Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 iştirakı ilə xx xxxxx 1966-cı ildə Bərdə rayonu Xanərəb kəndində anadan olmuş, orta təhsilli, işləməyən, Bərdə rayonu Xanərəb kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli icra vərəqəsinə əsasən ondan cəmi 1430 manat pul alınaraq tələbkar X2 xeyrinə ödənilməli olduğu halda icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli icra sənədinə əsasən Sevil Salahovaya 1430 manat pul ödəməlidir. Hazırda tələbkara 1280 manat borcu vardır. Fəhləlik etdiyini, qazancının az olduğunu, ona görə də borcunu tam şəkildə ödəyə bilmədiyini, ancaq borcunu hissə-hissə ödəyə biləcəyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 1430 manat məbləğində pul alınaraq ona verilməlidir. İcra sənədinin icraya yönəldilməsindən uzun müddət keçməsinə baxmayaraq Şəxs borcunu tam ödəməmiş, hazırda 1280 manat borcu qalmışdır. Sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1430 manat pul alınaraq X3 verilməlidir. Cavabdehin onun qanuni tələblərinə tabe olmadığını, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etmədiyini qeyd edərək Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(021)-517/2021 saylı icra vərəqəsindən müəyyən olunur ki, cavabdeh Şəxs 1410 manat və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq X3 verilməsi qət edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, icra məmurunin izahatları, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 11 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli 2(021)-517/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1430 manat pulu X3 ödəməli olduğu halda, borclunu tam ödəməmiş, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Şəxs borc məbləğinin çox olmamasını, cəmi 1280 manat borcunun qaldığını və həmin borcunu hissə-hissə ödəyəcəyinə söz verdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 528.1, 360, 362-365, 425, 430- 432-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500(beş yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-415/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-415/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver