Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-418/2021 22.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştrakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X7 10 mart 2021-ci il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında protokoldan X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X7 10 mart 2021-ci il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, Bərdə rayon Soğanverdilər kəndində Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tut ağacları çıxarmışdır. İnzibati xətaya görə X8 2000 manat cərimə olunmuşdur. X1 həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X7 10 mart 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə rayon Soğanverdilər kənd ərazisində olan 19 ədəd tut ağacı qurumuş halda olmuşdur. Ağaclar atamın icarəsində olan torpaq sahəsinin orta hissəsində yerləşirdi. Torpaqda müəyən işlər görülməsində maneə yaradırdı. Həmin qurumuş ağacları çıxarıb ərazidə yaşayan qaçqınlara vermişdir. Hazırda isə orada 300 ədəddən çox ağac əkmişdir. Həmin torpaqdan başqa gəlir yeri yoxdur. Həmçinin İİ qrup əlildir. Ağacları quruduğu üçün onları kəsmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 21 aprel 2021-ci il tarixdə keçirilən məkhəmə baxış iclası zamanı X1 şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq X1 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə hesab edir ki, şikayətçi 21 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak edərək şikayətini müdafiə etmiş, kəsilən ağacların quru olduğunu sübut etmək üçün sənədləri və fotoşəkillərin təqdim edilməsi məqsədilə məhkəmə ona bir gün vaxt vermişdir. Lakin şikayətçi məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə hazərki inzibati xəta haqqında iş üzrə materiala şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını əlavə edilmiş sənədləri araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 62409 nömrəli aktdan görünür ki, Bərdə rayon Soğanverdilər kəndində məskunlanmış məcburi köçkün X4 İcra Hakimiyyəti tərəfindən istifadələrinə verilmiş 1,5 hektar sahələri yüzlərlə çəkil ağacının texnika ilə çıxarılaraq məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış və 10 sentyabr 2020ci il tarixdə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə İ/1104 -20 nömrə ilə idarəyə daxil olmuş müraciətini şikayətçi və cavabdehlərin iştirakı ilə yerində araşdırılıb. Araşdırma zaman şikayətçi X4 və cavabdeh X6 göstərdikləri eyni sahəyə baxış keçirilib. Məlum olub ki, ötən yay mövsümi kök əkilmiş həmin sahədə cərgə ilə çəkil ağacları olmuş və kökündən çıxarılmışdır. Aparılan araşdırmalan nəticəsində müəyyən olunmuşdur ki, Misirova Zərifənin şikayəti haqlıdır Soğanverdilər kənd sakini X8 tərəfindən “Yaşıllıqların mühəvizəsi haqqında “Azərbaycan Respublikasının Qanunu 13-cü maddəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası”nın 2-ci bəndinin tələbləri pozmuşdur. İş materiallarına əlavə olunmuş X5 izahatından görünür ki, şikayət ərizəsində qeyd edilmiş, çəkil ağacların çıxarılan yer müqavilə əsasında bələdiyyə tərəfindən atası Abdullayev Sahibə verilmişdir. Torpaq sahəsi icarəyə götürüləndə çəkil bağı olmuşdur, ama şikayətçi X10 və onun oğlanları tərəfindən çəkil ağaclarının böyük əksəryəti yandırılmışdır. Onlar da yandırılmış və yarım sağlam vəziyyətdə olan kiçik diametirli 19 ədəd çəkil ağaclarının kökündən çıxartmışlar və ağacların çıxardılmasında məqsədləri həmin torpaq sahəsində kök əkmək olmuşdur. Əlavə olaraq bildirdi ki, verilən çəkil tinklərindən 2.5 hektar əkərək, aqrotexniki qulluq göstərilir. İş materiallarından görünür ki, inzibati xəta haqqında 10 mart 2021-ci il tarixli MN ******* nömrəli qərar X5 bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən tut ağaclarını məhv etməsi səbəbindən qəbul edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilən foto şəkillərdən görünür ki, sözügedən ağaclar kökündə qoparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən olunmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Lakin, hazırki iş üzrə işin hallarının hərətəfli, tam və obyektiv araşdırılmasına maneəçilik törədəcək dərəcədə inzibati xətalar qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən olunmamışdır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında ola qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X7 10 mart 2021-ci il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-418/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-418/2021
22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver