Məhkəmə qərarları › İş №3(021)-419/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-419/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-419/2025 19.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə anadan olmuş, Bərdə rayon Hacallı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə rayon Polis Şöbəsi tərəfindən 19 may 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X9 bildirdi ki, raporta qeyd olanları təsdiqləyir. Belə ki, xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində H.Əliyev parkının qarşısında Bərdə RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Vüsal Behbudzadə ilə Bərdə RPŞ-nin DYPB-nin operatoru, polis kiçik serjantı Ülfət Abdullayev xidmətdə olarkən Hundai Santafe markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin ön xarici işıq cihazında qanunla müəyyən edilməyən işıqlar quraşdırdığı tərəflərindən aşkar edilmişdir. Onlar həmin şəxsə saxla işarəsi vermiş, lakin həmin şəxs onların saxla İşarəsinə tabe olmayaraq öz hərəkətini davam etdirmişdir. Bərdə şəhəri H.Əliyev prospektində yerləşən Prokurorluğun inzibati binasının qarşısında həmin şəxs öz avtomobilini dayandırmış və onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişdirlər. Yoxlama zamanı nasazlığın aradan qaldırılması mümükün olmadığı üçün avtomobili duracağa təmin edəcəklərini sürücüyə bildirmişdirlər. Sürücü həmin vaxt uca səslə səs küy salaraq ətraf kütlənin diqqətini cəlb etməyə və “avtomobilini yandıracam” kimi ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam- intizama dəvət etsələr də, həmin şəxs təkrar səs-küy salaraq uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamıışdır. Onlar həmin şəxsə İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu və həmin şəxsi Bərdə RPŞ-nə gəlməyini bildirmişdirlər, lakin həmin şəxs polisin qanuni tələbinə tabe olmayaraq təkrar nalayiq ifadələr İşlətməyə və həmin ərazidən uzaqlaşmağa cəhd göstərmişdir. Onlar həmin şəxsin RPŞ- nə gətirilməsini təmin etmişlər və həmin şəxsin Bərdə rayon sakini Şəxs olduğu müəyyən edilmişdir. İTB-dən daxil olmuş raport əsasında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Əlişin kruqu deyilən ərazidə YPX-nin avtomobili səs siqnalı ilə onu saxlatmışdır. Ona bildirmişdirlər ki, fanarlarda duman əleyhinə led işıqlar quraşdırıb və buna görə polis şöbəsinə getməlidir. O da avtomobili aparmalarını, lakin özünü isə tələsdiyini bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları onu şöbəyə aparmışdırlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki,xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində H.Əliyev parkının qarşısında Bərdə RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Vüsal Behbudzadə ilə xidmətdə olarkən Hundai Santafe markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin ön xarici işıq cihazında qanunla müəyyən edilməyən işıqlar quraşdırdığı tərəflərindən aşkar edilmişdir. Onlar həmin şəxsə saxla işarəsi vermiş, lakin həmin şəxs onların saxla işarəsinə tabe olmayaraq öz hərəkətini davam etdirmişdir. Bərdə şəhəri H.Əliyev prospektində yerləşən prokurorluğun inzibati binasının qarşısında həmin şəxs öz avtomobilini dayandırmış və onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişdirlər. Yoxlama zamanı nasazlığın aradan qaldırılması mümükün olmadığı üçün avtomobili duracağa təmin edəcəklərini sürücüyə bildirmişdirlər. Sürücü həmin vaxt uca səslə səs küy salaraq ətraf kütlənin diqqətini cəlb etməyə və “avtomobilini yandıracam” kimi ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam- intizama dəvət etsələr də, həmin şəxs təkrar səs-küy salaraq uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamıışdır. Onlar həmin şəxsə İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu və həmin şəxsi Bərdə RPŞ-nə gəlməyini bildirmişdirlər, lakin həmin şəxs polisin qanuni tələbinə tabe olmayaraq təkrar nalayiq ifadələr işlətməyə və həmin ərazidən uzaqlaşmağa cəhd göstərmişdir. Onlar həmin şəxsin RPŞ-nə gətirilməsini təmin etmişlər və həmin şəxsin Bərdə rayon sakini Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 510 və 535.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində H.Əliyev parkının qarşısında Bərdə RPŞnin DYPB-nin YPX inspektoru, polis baş serjantı Vüsal Behbudzadə ilə Bərdə RPŞ-nin DYPB-nin operatoru, polis kiçik serjantı Ülfət Abdullayev xidmətdə olarkən Hundai Santafe markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin ön xarici işıq cihazında qanunla müəyyən edilməyən işıqlar quraşdırdığı tərəflərindən aşkar edilmişdir. Onlar həmin şəxsə saxla işarəsi vermiş, lakin həmin şəxs onların saxla İşarəsinə tabe olmayaraq öz hərəkətini davam etdirmişdir. Bərdə şəhəri H.Əliyev prospektində yerləşən Prokurorluğun inzibati binasının qarşısında həmin şəxs öz avtomobilini dayandırmış və onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişdirlər. Yoxlama zamanı nasazlığın aradan qaldırılması mümükün olmadığı üçün avtomobili duracağa təmin edəcəklərini sürücüyə bildirmişdirlər. Sürücü həmin vaxt uca səslə səs küy salaraq ətraf kütlənin diqqətini cəlb etməyə və “avtomobilini yandıracam” kimi ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam- intizama dəvət etsələr də, həmin şəxs təkrar səs-küy salaraq uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamıışdır. Onlar həmin şəxsə İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu və həmin şəxsi Bərdə RPŞ-nə gəlməyini bildirmişdirlər, lakin həmin şəxs polisin qanuni tələbinə tabe olmayaraq təkrar nalayiq ifadələr İşlətməyə və həmin ərazidən uzaqlaşmağa cəhd göstərmişdir. Onlar həmin şəxsin RPŞ- nə gətirilməsini təmin etmişlər və həmin şəxsin Bərdə rayon sakini Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, X4 və X5 inizbati iş üzrə icraat material üzrə zərərçəkmiş şəxs qismində tanınmışdırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 12:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 19 may 2025-ci il tarixli, MN №2083726 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polis əməkdaşlarına qarşı nalayiq hərəkətlər edərək, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, məhkəmə qeyd edir ki, İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağı nəzərdə tutur. Hazırkı işin halları isə həmin maddənin dispozisiyası ilə üst-üstə düşmür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəyə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi . Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. İXM-nin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, X3 əməlində İXM-nin 535.1-ci maddəyə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməli, o, İXM-in 510-cu mаddəsi ilə təqsirli bilinib, 18 may 2025-ci tarixdə inzibati qaydada tutulması nəzərə alınmaqla bаrəsində 70 (yetmiş) manat cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində 70 (yetmiş) manat inzibati tənbeh- cərimə tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar