Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-420/2021 07.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətalar törətməsinə dair toplanmış materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə rayonu Xənarab kəndində yaşayan Şəxs 19.03.2021-ci il tarixdə Bərdə rayonu Lək kəndində yerləşən “Qədiroğlu” marketə gələrək vitrində olan 90 manat dəyərində olan “Jack-Daniels” markalı viskini oğurlayaraq dükanı tərk etmişdir Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 02.03.2021-ci il tarixdə saat 14:50 radələrində Bərdə rayonu Nazairli kəndində yaşayan X3 arendaya işlətdiyi Bərdə şəhəri Sənayə küçəsində yerləşən ərzaq mağazasında müştəri qismində daxil olan naməlum şəxs Hüseyn Hüseynovun başının qarışmasından istfadə edərək mağazanın vitrinindən 120 manat dəyərində olan bir ədəd bir litirlik “ Jakc- Daniels” adlı viskini gizli olaraq götürub və əynində olan göydəkcənin altına gizlədərək, mağazadan çıxıb gedərək həmin viskini oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair barəsində olan 3(021)-420/2021 saylı və 3(021)-421/2021 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 07 aprel 2021-ci il tarixdə saat 16:30-da Bərdə Rayon Məhkəməsinin inzibati binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, inzibati xəta haqqında protokolları tərtib etmiş dövlət orqanının nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın.
Məhkəmə qərarları › İş №3(021)-420/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-420/2021
07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver