Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-421/2021 07.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon Polis X1 Bölməsinin sahə rəisi X5, Zərərçəkmiş şəxslər X4 və “Qədiroğlu” marketin nümayəndəsi X3, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İş materiallarından görünür ki Bərdə Rayon Polis X1 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə rayonu Xənarab kəndində yaşayan Şəxs 19 mart 2021-ci il tarixdə Bərdə rayonu Lək kəndində yerləşən “Qədiroğlu” marketə gələrək vitrində olan 90 manat dəyərində olan “Jack-Daniels” markalı viskini oğurlayaraq dükanı tərk etmişdir Bundan başqa, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 02 mart 2021-ci il tarixdə saat 14:50 radələrində Bərdə rayonu Nazairli kəndində yaşayan X4 arendaya işlətdiyi Bərdə şəhəri Sənayə küçəsində yerləşən ərzaq mağazasında müştəri qismində daxil olaraq Hüseyn Hüseynovun başının qarışmasından istifadə edərək mağazanın vitrinindən 120 manat dəyərində olan bir ədəd bir litirlik “Jack-Daniels” adlı viskini gizli olaraq götürub və əynində olan göydəkcənin altına gizlədərək həmin viskini oğurlamışdır. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokollar tərtib etmiş Bərdə rayon Polis X1 Bölməsinin sahə rəisi, polis kapitanı X9 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 19 mart 2021-ci il tarixdə Bərdə rayonu Lək kəndində yerləşən “Qədiroğlu” marketə gələrək vitrində olan 90 manat dəyərində olan “Jack-Daniels” markalı viskini oğurlayaraq dükanı tərk etmə səbəbindən, MN ******* saylı inzibati xəta haqqında inzibati xəta haqqında protokol Şəxs 02 mart 2021-ci il tarixdə saat 14:50 radələrində Bərdə rayonu Nazairli kəndində yaşayan X4 arendaya işlətdiyi Bərdə şəhəri Sənayə küçəsində yerləşən ərzaq mağazasında müştəri qismində daxil olaraq Hüseyn Hüseynovun başının qarışmasından istfadə edərək mağazanın vitrinindən 120 manat dəyərində olan bir ədəd bir litirlik “ Jakc-Daniels” adlı viskini gizli olaraq götürüb və əynində olan göydəkcənin altına gizlədərək həmin viskini oğurlama səbəbindən tərtib edilmişdir. Lakin hal-hazırda zərərçəkmiş şəxslərə bütün ziyanlar ödənildiyindən qərarın əul edilməsni məhkəmənin mülahizəsinə verirəm. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X13 oğlu və “Qədiroğlu” marketin nümayəndəsi X7 bildirdilər ki, onlara vurulmuş ziyan ödənilmişdir, heç bir şikayət və tələbləri yoxdur.Qeyd olunanlara əsasən də Şəxs barəsidə inzibati icraata xitam verilməsinə xahiş etdilər. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, sadalanan talama əməllərini törətmişdir. Əməlini etiraf edir və əməlindən peşmandır. Vurulmuş ziyanları ödəyib. Barəsində inzibat xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X16 oğlunun cinayət işi başlanılmasının rədd edilməsi haqqında 07 aprel 2021ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1/994 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bərdə rayonu Xənarab kəndində yaşayan Şəxs 19 mart 2021-ci il tarixdə Bərdə rayonu Lək kəndində yerləşən “Qədiroğlu” marketə gələrək vitrində olan 90 manat dəyərində olan “Jack-Daniels” markalı viskini oğurlayaraq dükanı tərk etmiş şəxsin gələcəkdə tapılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 06 mart 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1/617 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 02 mart 2021-ci il tarixdə saat 14:50 radələrində Bərdə rayonu Nazairli kəndində yaşayan X4 arendaya işlətdiyi Bərdə şəhəri Sənayə küçəsində yerləşən ərzaq mağazasında müştəri qismində daxil olaraq Hüseyn Hüseynovun başının qarışmasından istfadə edərək mağazanın vitrinindən 120 manat dəyərində olan bir ədəd bir litirlik “ Jakc- Daniels” adlı viskini gizli olaraq götürub və əynində olan göydəkcənin altına gizlədərək həmin viskini oğurlamış şəxsin şəxsiyyətinin müəyyən edilərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilməsi qərara alınmışdır. Odur ki, Şəxs törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olduğundan baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhəkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatları və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər X8 və “Qədiroğlu” marketin nümayəndəsi X3 ərizələrindən görünür ki, onlara vurulmuş ziyanlar ödənilmiş, barəsində inzibati icraat aparılan şəxslə barışmışlar və bu səbəbdən də Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə zərərçəkmiş şəxslərə vurulmuş ziyanlar ödənildiyindən, zərərçəkmiş şəxslərlə barəsində inzibati icraat aparılan şəxs barışdıqlarından və ona qarşı şikayət və tələblərinin olmamasından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlarda biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 112, 114, 115, 117 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərarа аldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın sürəti inzibati xəta törətmiş şəxsə, zərərçəkmiş şəxslərə və Bərdə rayon Polis Şöbəsinə təqdim edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-421/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-421/2021
07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver