Məhkəmə qərarları › İş №3(021)-422/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-422/2021

08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-422/2021 08.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxx 1984-cü ildə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, evli, Bərdə şəhəri, Nizami küçəsi ev 112 A, mənzil 1-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 07.04.2021-ci il tarixdə saat 20 radələrində Şəxsunun üzərinə baxış keçirilərkən üzərindən 0,295 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs ifadə verərək göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. 05.04.2021-ci ildə Bakı şəhər avtovağzalına sərnişin aparmış, sərnişini düşürdükdən sonra avtovağzalın yaxınlığında olan körpünün altında olarkən yerdən narkotik vasitə tapmışdır. Narkotik vasitəni yerdən götürərək əynində olan şalvarının sol yan cibinə qoymuşdur. 06.04.2021-ci ildə avtovağzaldan sərnişin yığdıqdan sonra Bərdə rayonuna qayıtmışdır. Saat 20 radələrində avtomobilində olan nasazlığa görə təmir etdirmək üçün Bərdə rayonu Güloğlular kəndində yerləşən avtomobil təmiri sexinə getmişdir. Sexin qarşısında avtomobilindən düşərkən polis əməkdaşları yaxınlaşmış və onu avtomobili ilə birlikdə polis şöbəsinə aparmışlar. Polis şöbəsində hal şahidlərinin və müdafiəçisinin iştirakı ilə üzərinə baxış keçirilmiş, özü könüllü olaraq üərinə olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Əməlindən peşimançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 aprel 2021-ci il tarixli qərardan müəyyən olunur ki, HK-1-1009 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinin İTB-nə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 07 aprel 2021-ci il tarixli 16/327 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs üzərindən aşkar olunmuş salfet bükümdə olan marixuanaya bənzər kütlə.” sözləri yazılmış kağız paketdəki, 1 ədəd ağ rəngli salfet bükümdə təmiz çəkisi 0,295 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 0,295 qram, tədqiqata sərf edildi 0,5 qram, qalıq 0,245 qramdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında 07 aprel 2021-cu il tarixli MN ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əməlindən peşimançılıq hissi keçirməsini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 206-1cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bərdə RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş 2.245 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 206-1, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-1-ci maddəsi ilə təqsirli bilinib, 200(iki yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş 2.245 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar