Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-423/2022 04.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iclas katibliyi, şikayətçi X1 iştirаkları ilə, X1 barəsində Vİİİ Tağım YPX inspektoru X3 tərəfindən Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə qəbul edilmiş TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə şikayət verərək Vİİİ Tağım YPX inspektoru X3 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 ərizə verərək göstərdi ki, məhkəməyə verdiyi şikayətə baxılmasını istəmir. Odur ki, həmin şikayətin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.4-cü maddəsinə əsasən bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflərin şikayətin geri götürülməsi haqqında bəyanatı yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Məhkəmə hesab edir ki, verilən şikayətin geri götürülməsi haqqında şikayətçi tərəfindən ərizə verildiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 -ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 barəsində Vİİİ Tağım YPX inspektoru X3 tərəfindən Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə qəbul edilmiş TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayət, ərizəsinə əsasən geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hаkim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-423/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-423/2022
04.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver