Məhkəmə qərarları › İş №3(021)-424/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-424/2021

08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-424/2021 08.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X6, Barəsində inzibati icraat aparılan X4 iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Bərdə rayonu, Mollaəhmədli kəndində doğulmuş, orta təhsilli, işləməyən, evli, Bakı şəhəri NZS qəsəbəsində yaşayan X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 Rayon Məhkəməsinin 3(021)-3443/2021 saylı 10 dekabr 2020-ci il tarixli icra sənədinə əsasən borclunun 1100 manat ödənilməmiş borcu vardır, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-3443/2020 saylı 10 dekabr 2020-ci il tarixli icra sənədinə əsasən üzrə cavabdeh X21100 manat məbləğində pulalənaraq iddiaçı “SET HOME” Məhdud Məhsuluyyətli Cəmiyyətinə verilməlidir. X5 dəfələrlə xəbərdarlıq edilsə də, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. 08 aprel 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən məlumatlandırıldıqdan sonra X7 İcra şöbəsinə gəlmişdir. Məhkəmədən X4 inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 verdiyi izahatında göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 3443/2020 saylı 10 dekabr 2020-ci il tarixli icra sənədi üzrə iddiaçı “SET HOME” Məhdud Məhsuluyyətli Cəmiyyətinə ödəməlidir. Lakin İmkanı yoxdur. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-3443/2020 saylı 10 dekabr 2020-ci saylı icra vərəqəsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-3443/2020 saylı 10 dekabr 2020-ci i il tarixli qətnaməsi ilə cavabdeh X3 1100 manat məbləğində pul alınaraq iddiaçı “SET HOME” Məhdud Məhsuluyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək belə qənaətə gəlir ki, tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, icra məmurunin izahatı, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 01 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Barəsində inzibati icraat aparılan şəxs X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında məlum olmuşdur ki, X1 Rayon Məhkəməsinin 2(021)-3443/2020 saylı 12 dekabr 2020-ci il tarixli icra sənədi üzrə iddiaçıya 1100 manat məbləğində borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmiş, borcunu ödəməkdən yayınmışdır. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, X4 məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəblər olmadan icra etməməsi və çağırışlara gəlməyərək qaçıb gizlənməsi iş materiallarından da göründüyü kimi artıq mütəmadi hal almış, yaşadığı üvanına çoxsaylı xəbərdarlıq məktubları göndərilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində inzibati qaydada həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, X5 həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs X5 inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. X7 məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 08 aprel 2021-ci il tarixdən saat 17:10-dən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar