Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-424/2022 04.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq olğunun iclas katibliyi, Azərbaycan Respublikası Qida X1 regional bölməsinin nümayəndəsi X3 iştirаkı ilə, Azərbaycan Respublikası Qida X1 regional bölməsinin inzibati xəta haqqında 24.02.2022-ci il tarixli MN ******* nömrəli qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X10 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Qida X1 regional bölməsinin Qida Təhlükəsizliyinin inzibati xəta haqqında 24.02.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarından müəyyən olunur ki, X16 Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. X16 məhkəməyə şikayət verərək inzibati xəta hadisəsi olmadığından və onun inzibati xəta törədilməsində təqsiri olmadığından Azərbaycan Respublikası Qida X1 regional bölməsinin rəisi X7 tərəfindən inzibati xəta törətməsinə dair 24.02.2022-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X16 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, X9 “24” fevral 2022-ci il tarixli, MN № ******* saylı, “İnzibati tənbeh vermə haqqında qərarı” ilə Azərbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edirəm ki, barəsində qəbul olunmuş yuxarıda sözügeədən qərar məhkəmə qaydasında ləğv edilməli və başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməlidr. Belə ki, barəmdə qəbul olunmuş qərarın məzmunundan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddəsində (istehlakçıların hüquqlarının pozulması) təsbit olunan inzibati xəta hadisəsini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan məsuliyyətə cəlb edilmişəm. Sözügedən Məcəllənin 447.0.3-cü maddəsinin tələbinə görə standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə yol verilməsi bu inzibati xəta hadisəsini törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas olur. Tərəfindən yuxarıda göstərilən maddədə təsbit olunan inzibati xəta hadisəsi törədilməmiş ümumiyyətlə isə onun hər hansı əməlində sözügedən maddədə əks olunmuş inzibati xəta tərkibi yoxdur. Nəzərə çatdırmağı zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında işə baxan vəzifəli şəxs qəbul etdiyi qərarında barəsində tərtib edilmiş 11 fevral 2022-ci il tarixli, 125,8361 nömrəli protokola baxaraq yuxarıda sözügedən maddədə nəzərdə tutulan inzibati xətanın tərəfindən törədildiyinin müəyyən olunduğuna əsaslanaraq Azərbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddəsi ilə inzibati xəta üzrə məsuliyyətə cəlb edilmişdir. Qeyd edir ki, sözügedən protokoldan bu və ya digər xəbəri yoxdur. Barəsində tətbiq olunan Azərbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddəsinin dizpozisiyasında əks olunan hansı əməli törətdiyi məlum deyildir. Nəzərə alınmalıdır ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdmlmasmdan çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsi). Qeyd edilən Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Belə ki, hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İnzibati xətalar qanunvericiliyi Konstitusiya, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. Bu qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İnzibati xətalar qanunvericiliyinin prinsiplərini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz (İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X8 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati tənbeh, İnzibati Xətalar Məcəlləsinin müvafiq inzibati xətaya görə məsuliyyət nəzərdə tutan maddəsində müəyyən edilmiş həddlər çərçivəsində təyin edilir. İnzibati xətaların müxtəlif növlərinə görə məsuliyyət müəyyən edən maddələrin sanksiyasında tənbehin növü və onun mümkün həcmi nəzərdə tutulur. Barəsində qəbul olunmuş qərar Azərbaycan Respublikasının İXM-nin 57-ci maddəsinin tələblərinə uyğun olaraq ona rəsmi qaydada təqdim edilmədiyindən bu qərardan şikayət vermə müddəti tərəfindən ötürülməmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda, eləcə də əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Odur ki, şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X1 regional bölməsinin nümayəndəsi X5 göstərdi ki, şikayətçi X10 işlətdiyi Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Uğur” marketdə Azərbaycan Respublikası Qida X1 regional bölməsinin əməkdaşları tərəfindən baxış və yoxlama aparılmışdır. Baxış və yoxlama zamanı “Uğur” marketdə üzərində heç bir qeydiyyat aparılmayan istehsal və son istifadə tarixi, birka olmayan yumurtalar aşkar edilmişdir. Buna görə də Azərbaycan Respublikası Qida X1 regional bölməsinin sektor müdiri X17 tərəfindən “Uğur” marketin sahibi X16 barəsində İXM-nin 447.0.3-cü maddəsi ilə 11 fevral 2022-ci il tarixdə MN ******* nömrəli protokol tərtib edilmiş və Azərbaycan Respublikası Qida X1 regional bölməsinin rəisi X7 tərəfindən 24 fevral 2022-ci il tarixdə MN ******* nömrəli qərar qəbul edilərək X16 inzibati qaydada 1500 manat cərimə olunmuşdur. Baxış və yoxlama zamanı sahibkar X10 iştirakı ilə tərtib edilmiş akta X16 imza edərək aşkar edilmiş 949 ədəd yumurtalar kağız qutuya qoyularaq saxlanca qoyulmuş, aşkar edilmiş pozuntunun qanun pozuntusu olması sahibkar X13 izah edilmiş, X16 yol verdiyi qanun pozuntusunun ona aydın olduğunu və səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir. Odur ki, şikayətin əsassız olduğunu göstərib və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. X2 işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, şikayətçi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən işə X10 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə nümayəndəni dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qida X1 regional bölməsinin sektor müdiri X11 inzibati xəta haqqında 11.02.2022-ci il tarixli, MN ******* saylı protokolun surətindən görünür ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Uğur” marketdə Standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə vəzifəli şəxs X16 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs protokola imza edərək etirazı olmadığını qeyd etmişdir. Həmçinin inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qida X1 regional bölməsinin rəisi X4 inzibati tənbeh vermə haqqında 24.02.2022-ci il tarixli, MN ******* saylı qərarın surətindən görünür ki, X16 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinib və 1500 manat məbləğində cərimə olunması qərara alınmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qida X1 regional bölməsinin rəisi X7 tərəfindən qəbul edilmiş 24.02.2022-ci il tarixli, ******* nömrəli qərar qanunvericiliyin tələblərinə uyğun qaydada qəbul edilmiş, qərar qəbul edilərkən qanunvericiliyin tələblərinin pozulması barədə şikayətçi məhkəməyə sübut təqdim edə bilməmişdir. Əksinə iş materialına əlavə olunmuş aktdan görünür ki, şikayətçi həmin yumurtaların saxlanc üçün verilməsində iştirak etmiş və bu faktı təsdiq etmişdir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X10 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış Azərbaycan Respublikası Qida X1 regional bölməsinin qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş vəzifəli şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirmişdir. Azərbaycan respublikasının İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iş materiallarını, işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bu Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Qida X1 regional bölməsinin inzibati xəta haqqında 24 fevral 2022-ci il tarixli, MN ******* nömrəli qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X10 vermiş olduğu şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-424/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-424/2022
04.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver